Beynəlxalq Əlaqələr Şöbəsi

 

Beynəlxalq Əlaqələr Şöbəsi İnstitutun Beynəlxalq mühitə inteqrasiyasına, digər ali məktəblərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradır. Missiyası yeni beynəlxalq əlaqələrinin qurulması və institutun dünya standartlarına uyğun beynəlxalq profilinin yaradılmasıdır. Beynəlxalq Əlaqələr Şöbəsi hər bir fakültə və kafedranı ali məktəb səviyyəsində elm, təhsil, mədəni sahələr üzrə müvafiq universitet və beynəlxalq təşkilatlarla əlaqələr və məqsədyönlü əməkdaşlıq yaratmaları məqsədi ilə koordinasiya edir, beynəlxalq əməkdaşlığın gələcək töfhələrinə dair danışıqlar aparır.

Beynəlxalq əlaqələr şöbəsinin vəzifəsi:

  1. Müxtəlif sahələrdə əməkdaşlıq təşəbbüslərinin göstərilməsi;
  2. Əməkdaşlıq sazişlərinin bağlanılması və davam etdirilməsi proseslərinin idarə olunması;
  3. Mübadilə Proqramlarının koordinasiya olunması;
  4. Layihələrin yazılması və idarə olunması;
  5. İnstitutun beynəlxalq konfrans və tədbirlərdə təmsil edilməsi;
  6. İnstitutun Beynəlxalq aləmdə reklamı;
  7. Xarici tələbələrin İnstitut haqqında məlumatlandırılması;
  8. Qlobal yeniliklərin tədris kurikulumuna inteqrasiya etməsinin təmin edilməsi;
  9. Akademik heyətin fəal araşdırma və inkişaf proqramlarına cəlb olunması üçün müvafiq tədbilərin həyata keçirilməsi.

Naxçıvan Müəllimlər İnstitutu respublikamızın bir çox ali məktəbləri ilə yanaşı, xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq müqavilələri imzalamışdır ki, bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim, tələbə mübadilələrinin həyata keçirilməsinə yüksək təsir göstərmişdir. Hazırda İnstitutun Avropanın və eyni zamanda Türkiyənin bir sıra Universitet və elm ocaqları ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Əməkdaşlıq etdiyi universitet və elm ocaqları:

  1. Qars Qafqaz Universiteti (Türkiyə)
  2. Kocaeli Universiteti (Türkiyə)
  3. Kırşehir Ahı Evran Universiteti (Türkiyə)
  4. İstanbul Esenyurd Universiteti (Türkiyə)
  5. İstanbul Nişantaşı Universiteti (Türkiyə)
  6. London  Riyaziyyatçılar  Birliyi (İngiltərə)
  7. Almatı Milli  Universiteti (Qazaxıstan)
  8. Moskva vilayəti, Dövlət Texnoloji-Humanitar Universiteti (Rusiya)
  9. Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyası (Rusiya)
  10. Xarkov Universiteti (Ukrayna)
  11. Ukrayna Milli Elmlər Akademiyasının  Riyaziyyat  İnstitutu (Ukrayna)
  12. Doğu Ağdəniz Universiteti (Şimali Kipr Tükiyə Respublikası)

Beynəlxalq Əlaqələr Şöbəsinin  koordinatoruHəsənalı Cahangir oğlu Eyvazov

Azərbaycan dili AZ English EN