Babayeva Məhəbbət Nizami qızı

Babayeva Məhəbbət Nizami qızı 1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə Dəmiryol orta məktəbinin birinci sinfinə daxil olub, 1986-cı ildə doqquzuncu sinfi bitirmişdir. 1986-cı ildə Naxçıvan Musiqi Texnikumunun “Xalq çalğı alətləri” şöbəsinin “Qanun” sinfinə qəbul olub, 1989-cu ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

1989-cu ildə Naxçıvan şəhər bir nömrəli musiqi məktəbində “Qanun” ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır.

1996-cı ildə NDU-nin “Konservatoriya” bölməsinin “Musiqi müəllimliyi” ixtisasına qəbul olub, 1999-cu ildə “Fərqlənmə” diplomu ilə bitirmişdir. Həmin ildə  NDU-nin “Magistratura” şöbəsinin “Musiqişünaslıq” ixtisasına qəbul olmuş, 2001-ci ildə “Fərqlənmə” diplomu ilə bitirmişəm. 1990-cı ildən Naxçıvan Musiqi Kollecində, 2001-ci ildən isə NMİ-da baş müəllim vəzifəsində çalışıram. 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşəm.

 

 Dərc olunan elmi əsərləri:

  1. Azərbaycan xalq musiqisində Naxçıvan rəqs incəsənəti ritmikası.(konfrans materialı). Naxçıvan Müəllimlər  İnstitutu.
  2. İbtidai siniflərdə musiqi dərsinin əsas proqram materialları. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərləri.
  3. Oxu tar, oxu tar! Naxçıvan Müəllimlər İnstitutu, Xəbərləri.
  4. Milli dəyərlərimizi yaşadaq. (konfrans materialı). Naxçıvan Müəlimlər İnstitutu.
  5. Milli mədəniyyətimizin inkişafı Heydər Əliyev dühasının bəhrəsidir. (konfrans materialı). Naxçıvan Müəlimlər İnstitutu,  2014.
  6. Qədim zərb alətlərimizin tarixinə nəzər. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərləri, 2015.
  7. Təhsildə musiqi tərbiyəsi. Naxçıvan Müəllimlər İnstitutu Xəbərləri.
  8. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan toy mərasimlərində rəqslər. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərləri.
  9. Əkrəm Məmmədli və Naxçıvan muğam məktəbi. Naxçıvan Müəllimlər İnstitutu.
  10. Heydər Əliyev və milli dəyərlərimiz.(konfrans materialı). Naxçıvan Müəllimlər İnstitutu.
Azərbaycan dili AZ English EN