Aygün Nadir qızı Əfəndiyeva

Baş müəllim

e-mail: efendiyevaaygun@gmail.com

1961-ci il iyulun 21-də Naxçıvan şəhərində anadan olub. 1977-1981-ci illərdə Naxçıvan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinin riyaziyyat ixtisasında oxumuşdur. 1981-ci ildə Azərb. EA Riyaziyyat-mexanika İnstitutunun aspiranturasına qəbul olunub, 1984-cü ildə aspiranturanı bitirmişdir. Hazırda Naxçıvan Müəllimlər İnstitutunda baş müəllim vəzifəsində çalışır.

Dərc olunmuş Elmi əsərləri:

  1. “Bir növ qeyri-xətti adi diferensial tənlik üçün sinqulyar sərhəd məsələsinin həllinin varlığı haqqında” Azərbaycan SSR EA xəbərləri fizika-riyaziyyat elmləri seriyası 1982, №5
  2. “İnteqral mövzusunun tədrisi haqqında. Müasir dövrdə nəzəri və metodik problemlərə həsr olunmuş elmi konfransın materialları”. Nax.1991
  3. “Törəmə mövzusunun tədrisi haqqında. Müasir dövrdə nəzəri və metodik problemlərə həsr olunmuş elmi konfransın materialları”. Nax.1995.
  4. “n ölçülü hissədə Helmholts tənliyi üçün limit amplitud prinsipi və şüalanmanın porsional şərtləri”. Azərbaycan EA-nın məruzələri, №4 2008
  5. “Cəbr və analizin başlanğıc kursuna hazırlıq mərhələsi”. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim tərbiyə prosesində tətbiqi mövzusuna həsr edilmiş praktik konfransın materialları. 7.5.2009
  6. “Silindrik oblastda yüksəktərtibli elliptik tənlik üçün şüalanma prinsipi”. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalı. 2012
  7. Əfəndiyeva A.N, Məmmədov H.Ə, Həsənov R.Ə Təbiətşunasliq ixtisaslarında Ali riyaziyyat fənindən “Törəmə” bəhsinin tədrisinə dair Müasir mərhələlərdə elmin nəzəri və metodik problemlərinə həsr olunmuş elmi konfransın materialları 1992
  8. Əfəndiyeva, H.Ə.Məmmədov Riyazi statistikanın elemetləri. Bakı. ADPU 1992.
  9. Riskin müdafiə funksiyasinin mahiyyəti və təzahür formaları. NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ-nin “Elmi əsərlər”i. İqtisadiyyat seriyası, 2015, “Qeyrət” nəş. №2
  10. Bir qeyri-xətti 2-ci tərtib elliptik tip tənliyin klassik həllinin konus tipli oblastda böyümə surəti. NDU Elmi əsərlər 2014 N 7 ( 63 ), E.Ağayev, S.Əliyev.
  11. Xüsusi tip birinci tərtib qeyri-bircins xətti diferensial tənliklərin həllinə dair. Naxçıvan Müəllimlər İnstitutu Xəbərlər – 2019, N 2.
  12. Eminov, A.Babayeva “Sadə rasional kəsrlərin qeyri-müəyyən əmsallar metodundan istifadə etmədən inteqrallanması”, “Naxçıvan Müəllimlər İnstitutu Elmi əsərlər” №1 2021.
  13. “Bilik, bacarıq və vərdişlərin formalaşması”, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər respublika elmi-praktik konfransı”nın materialları. NMİ, 21may 2021-ci il. Naxçıvan, “Məktəb nəşriyyatı”
  14. S.Ə.Əliyev, “Lejandr  çoxhədlilərinin tədqiqi”. “Naxçıvan Dövlət Üniversiteti Elmi əsərlər”, 2021.
Azərbaycan dili AZ English EN