Almaz Məmmədovanın təqdimatında “Manipulyasiya texnikaları” adlı təlim keçirilmişdir.

22 dekabr 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Həmkərlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə İnstitutun Pedaqogika və psixologiya kafedrasının müəllimi Almaz Məmmədovanın təqdimatında “Manipulyasiya texnikaları” adlı təlim keçirilmişdir. Təlimdə institutun tələbələri ilə yanaşı muxtar respublikanın digər ali təhsil müəssisələrinin tələbələri də iştirak etmişdir. Təlimin sonunda fəallığı ilə fərqlənən tələbələrə sertifikat təqdim olunmuşdur.

Azərbaycan dili AZ English EN