Məzunlarla tələbələrin görüşlərinə start verilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda institutun müvafiq ixtisaslarını bitirmiş məzunlarla həmin ixtisasda haliyədə təhsil alan tələbələrin görüşləri təşkil olunur. 20 dekabr 2021-ci ildə institutun qonağı 2011-ci ildə Təhsildə sosial-psixoloji ixtisasından məzun olmuş Bakı Şəhəri üzrə Təhsil İdarəsi Psixoloji tibbi-pedaqoji komissiyasının sədri, psixoloq Elşad Səfixanovla haliyədə həmin ixtisasda təhsil alan tələbələrin görüşü təşkil edilmişdir. Görüş zamanı Elşad Səfixanov tələbəlrə institutda təhsil aldığı illərdə xatirələrindən danışmış və qeyd etmişdir ki, bu gün ali təhsil ocağının maddi texniki bazası dövlətimizin qayğısı və diqqəti ilə çox yüksək səviyyədə qurulmuşdur. Sonra məzun tələbələrə fərdi inkişaf strategiyalarından danışmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır.

 

Azərbaycan dili AZ English EN