Naxçıvan Müəllimlər İnstitutunda “Tələbə gənclər və mütaliə” adlı dəyirmi masa keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda “Tələbə gənclər və mütaliə: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə professor-müəllim heyəti, bakalavriat və magistrantlar, Naxçıvan şəhərində fəaliyyət göstərən kitabxanaların əməkdaşlarının bir qrupu iştirak etmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov açaraq mütaliə üçün muxtar respublikada, o cümlədən İnstitutun kitabxanasında yaradılmış şəraitdən danışmış, İnstitut kitabxanasının daima zənginləşdirilməsinin Naxçıvan Muxtar Respublika Ali Məclisinin diqqət mərkəzində olduğunu, təkcə bu il 1124 ədəd kitabın kitabxanamıza hədiyyə olunduğunu xüsusi vurğulamışdır. Natiq ölkəmizdə istər yerli, istərsə də xarici ədəbiyyatların çapına dövlət qayğısından, gənclərin oxuması, mütaliəsi üçün yaradılmış münbit şəraitdən, mütaliələrin cəmiyyətin inkişafındakı rolundan, gənc nəsildə mütaliə vərdişlərinin aşılanmasında bu cür tədbirlərin əhəmiyyətindən danışmışdır.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun kitabxanasının müdüri Şəfayət Sadiqova, “Naxçıvan” Universiteti kitabxanasının müdüri, dosent Aypara Behbudova və Naxçıvan Dövlət Universitetinin kitabxanasının müdüri Fariz Əhmədov çıxış edərək, kitabxanaların və mütaliyənin əhəmiyyətindən geniş danışdılar. Magistrantların çıxış və təklifləri maraqla qarşılandı.

Author

Azərbaycan dili AZ English EN