Naxçıvan Müəllimlər İnstitutunda “Müasir təlim metodları və süni intellektin təhsildə rolu” mövzusunda elmi-praktik konfransı keçirilib

Bugün Naxçıvan Müəllimlər İnstitutunda “Ali riyaziyyat və informatika kafedrası” nın təşkilatçılığı ilə “Müasir təlim metodları və süni intellektin təhsildə rolu” mövzusunda elmi-praktik konfransı keçirilib.

Kafedra müəllimləri və tələbələrin iştirak etdiyi konfransı giriş sözü ilə institutunun rektoru Azad Novruzov açaraq konfransın əhəmiyyətini və mövzunun aktuallığını qeyd etmişdir. Sonra konfransın gündəliyinə uyğun olaraq çıxışlar dinlənilmişdir.

Fidan Əzizova “Ümumtəhsil məktəblərində elektron lövhə proqramlarından səmərəli istifadə yolları və tətbiq istiqamətləri” mövzusunda məruzə edərək elektron lövhə proqramlarından – Smart Notebook və Activinspire proqramlarının bəzi funksiyalarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Məruzəçi çıxışında yüksək təlim texnologiyalarının fəal interaktiv təlimin düzgün qurulmasında və mexanizmlərinin həyata keçirilməsində əhəmiyyətli rol oynadığını bildirmiş, Kahoot və Class Dojo sisteminin tətbiqi və eləcə də BVOD sisteminin tətbiqinin vacib məqamlarını vurğulamışdır.

“Süni intellektin təhsildə rolu” mövzusunda çıxış edən Səriyə Qasımova süni intellekt və onun inkişaf tarixi haqqında ilkin məlumatlar vermiş. Süni intellektin təhsildə rolu və tədris zamanı istifadə olunan süni intellekt tətbiqetmələr və bu tətbiqetmələrin üstün cəhətlərini diqqətə çatdırmışdır.

Sonda çıxışlar ətrafında geniş müzakirələr aparılmış, tələbələrin sualları cavablandırılmışdır.