Naxçıvan Müəllimlər İnstitutunda “TGT CUP” adlı intellektual oyunun institut üzrə yarımfinal mərhələsi keçirilmişdir.

13 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə gənclərin intellektual inkişafına nail olmaq, bilik və bacarıqlarının eləcə də elmə, təhsilə olan marağın artırılmaq, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tələbələr arasında “TGT CUP” adlı intellektual oyun təşkil olunmuşdur.

Bu məqsədlə 21 dekabr 2019 cu il tərixində “Gənclər Mərkəzində” keçiriləcək final mərhələsində iştirak etmək üçün institut tələbələrindən təşkil olunmuş 8 komanda arasında qalib komandalar müəyyənləşdirilmişdir. İntellektual yarışda iştirak edən komandalar arasından “Alov” komandası I yer, “Qarabağ” komandası II yer, “Xəmsə” komandası isə III yeri əldə edərək finala vəsiqə qazanmışlar.

Author

Azərbaycan dili AZ English EN