Naxçıvan Müəllimlər İnstitutu Fəlsəfə doktoru hazırlığı üzrə 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

 

Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığı üzrə 2019-cu il üçün
qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli 737/S nömrəli
sərəncamı ilə təsdiq edilmiş plana əsasən aşağıdakı qaydada aparılır.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı:
Büdcə hesabına, qiyabi təhsilalma forması:
– Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası -1 yer.
Ödənişli əsaslarla, qiyabi təhsilalma forması:
– Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası -2 yer;
– Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi -1 yer;
– Pedaqoji psixologiya -1 yer.
Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul planı:
Büdcə hesabına, qiyabi təhsilalma forması:
– Müəllim hazırlığı və fəaliyyəti -1 yer;
– Sosial pedaqogika -1 yer.
Ödənişli əsaslarla, qiyabi təhsilalma forması:
– Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası -1 yer;
– Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi -1 yer;
– Pedaqoji psixologiya -1 yer.
Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr
dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının
vətəndaşları qəbul olunurlar.
Doktoranturaya qəbul (habelə dissertanturaya təhkimolunma) üçün ağagıdakı sənədlər
təqdim edilməlidir:
– Naxçıvan Müəllimlər İnstitutunun rektorunun adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd foto-şəkil (3x 4 sm ölçüdə);
– iş yerindən xasiyyətnamə;
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş
surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün
təhsili haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– xarici dil biliklərinə dair beynəlxalq sertuifikat (əgər varsa);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.

2
Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul
tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya
qəbul Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli
443 nömrəli Qərarı ilə təsdiqlənmiş yeni redaksiyasının tələbləri əsasında aparılır.
Bu tələblərə görə, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna
olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil
pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul
imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər və ya xarici dildən imtahanda
keçid balını toplayan şəxslər fəlsəfə üzrə imtahana buraxılmırlar.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF,
DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
Fəlsəfə fənni üzrə qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil
müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir
və imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Fəlsəfə üzrə
imtahanda iştirak etməyənlər və ya imtahandan keçməyənlər ixtisas fənnindən imtahana
buraxılmırlar.
İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil
müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən
(rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) doktoranturaya qəbul
olmaq istəyənlər üçün müəyyənlədirilmiş qaydada keçirilən qəbul imtahanı verirlər.
Sənədlərin qəbulu iş günlərində 28 dekabr 2019-cu il tarixədək saat 9.00-dan 17.00-a
kimi aparılır.
Əlavə məlumat almaq üçün Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə müraciət
etmək olar.

Ünvan: Naxçıvan şəhəri,
Heydər Əliyev prospekti, 2.
Naxçıvan Müəllimlər İnstitutu
Elmi hissə (otaq № 208)
Əlaqə telefonları:(+994 36) 544 04 29
E-mail:  elmihisse@nmi.edu.az