“Qarabağlar türbəsi”nə ekskursiya təşkil olunmuşdur.

03 dekabr 2023-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsi və fakültə Tələbə Gənclər Təşkilatının “Ekologiya klubunun” təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən “Qarabağlar türbəsi”nə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı türbənin bələdçisi Qasımov Şəhriyar bildirmişdir ki, Qarabağlar türbəsi ilə yanaşı, burada qoşa minarə və onların arasında yerləşən bina qalıqları var. Qoşa minarənin 12-ci əsrin sonu-13-cü əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə 14-cü əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfınə tikildiyi güman edilir. Sərdabə və yerüstü hissədən ibarət “Qarabağlar türbəsi”ndə qülləvarı türbələrin əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı “Qarabağlar türbəsi”nin yerüstü kompozisiyasını əmələ gətirir. Çıxıntılar divarın ümumi həcmini azaltmaqla yanaşı, türbəyə qala əzəməti verir. Türbənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür. Eksursiya zamanı fakütənin dekanı dosent Vəliyev Rövşən, Ümumi fənlər kafedrasının müəllimləri Səfərova Gülnarə və İbrahimova Günel də türbə haqqında tələbələrə maraqlı məlumatlar vermişlər. Ekskursiya tələbələr tərəfindən maraqla qarşılandı.

Author

Azərbaycan dili AZ English EN