“Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb.

Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb.
Konfransın ikinci günü təhsilin idarə olunması üzrə türkiyəli mütəxəssis Erhan Angın “Təhsil memarlığı”, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova “Məktəbəqədər təhsil: beynəlxalq və yerli təcrübələr”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Zeynab Mehdiyeva “Kiçikyaşlı təhsilalanlarda həyati bacarıqların formalaşdırılmasının aktual məsələləri”, müəllimi Fidan Əzizova “STEAM metodologiyası təhsildə innovativ strategiya kimi”, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Təhsilverənlərin peşəkar inkişaf imkanları”, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri İntiqam Cəbrayılov “Müəllim peşəkarlığının inkişafının nəzəri-pedaqoji məsələləri”, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov “Metodik dəstəyin təşkili və təhsildə müasir metodist obrazı”, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov “Distant təhsilin təşkili: uğurlar və perspektivlər”, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva “Müasir təhsilimiz və ömürboyu təhsil konsepsiyası”, Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova “ATM-də innovasiya fəaliyyətlərinin təşkili”, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Çapay Quliyev “Öyrədənlərin fərdi inkişafının psixoloji əsasları”, kafedra müdiri Qızıllı Əliyeva “Tədris prosesində İKT-dən istifadə rəqəmsal savadlılığı formalaşdırma amili kimi”, kabinet müdiri Səminə Rüstəmova “Tədris prosesində interaktiv mühitin yaradılması məsələləri”, Naxçıvan Dövlət Universitetinin dosentləri Vahid Rzayev “Pedaqoji kreativlik, yaxud kreativ pedaqogika”, Salatın Hacıyeva “Distant təlimin psixoloji problemləri”, Zərövşən Babayeva “Layihə əsaslı STEAM təhsilinə inteqrasiyanın aktual məsələləri”, şöbə müdiri Hüseyn Əsgərli “Müasir ATM-də elektron təhsil şəbəkəsindən istifadənin metod və üsulları” mövzusunda çıxış ediblər.

Azərbaycan dili AZ English EN