NMİ-də tanınmış alimlərlə tələbələrin görüşü keçirilmişdir

NMİ-də tanınmış alimlərlə tələbələrin görüşü keçirilmişdir
22 noyabr tarixində Pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, “Qızıl qələm” mükafatı laureatı Fərrux Rüstəmov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Təşkilat Şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov Naxçıvan Müəllimlər İnstitutunda tələbələr üçün ustad dərslər keçiblər.
Dərsdən öncə institutun maddi-texniki bazası, institutda fəaliyyət göstərən mərkəzlər və tələbələrin əl işləri ilə yaxından tanış olan qonaqlar NMİ-nin fəaliyyətini yüksək qiymətləndiriblər.
Giriş sözü ilə institutun rektoru Azad Novruzov çıxış edərək qonaqları salamlayıb, ali təhsil ocağında təhsil alan tələbələrin mütəmadi olaraq tanınmış ziyalı, görkəmli şəxsiyyətlərlə görüşlərinin onlar üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
Natiqlər dərs zamanı öz çıxışlarında xalqımızın Ümummilli lideri Heydər Əliyevin uğurlu hakimiyyət illərindən, o missiyanı uğurla davam etdirən ölkə başçısı, cənab İlham Əliyevin “20 illik” prezidentlik fəaliyyətindən danışıb, Şanlı Zəfər, Qərbi Azərbaycan mövzularına toxunub, həm filologiya, həm də pedaqogika tarixinə məxsus faktlarla tələbələrə maraqlı məlumatlar veriblər.

Author

Azərbaycan dili AZ English EN