“Elmi-tədqiqatların əsasları: nəzəriyyədən təcrübəyə” adlı təlim kursu çərçivəsində 19 noyabr tarixində yeni çıxışlar olmuşdur.

15 noyabr tarixindən Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və “Naxçıvan” Universitetinin iştirakı ilə keçirilən magistrant, doktorant və gənc müəllim-tədqiqatçılar üçün “Elmi-tədqiqatların əsasları: nəzəriyyədən təcrübəyə” adlı təlim kursunun 19 noyabr tarixində keçirilən təlimləri Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov və İnstitutun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin təqdimatlarında oldu. Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Author

Azərbaycan dili AZ English EN