Naxçıvan Müəllimlər İnstitutunda bədii qiraət üzrə şeir müsabiqəsi keçirilmişdir

“10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar olaraq 16 noyabr 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii qiraət üzrə şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə hər təhsil müəssisəsindən 3 nəfər tələbə və 1 nəfər münsif iştirak etmişdir. Ümumilikdə 24 nəfər gəncin iştirak etdiyi müsabiqədə Naxçıvan Dövlət Musiqi Kollecinin tələbəsi Ağazadə Gülay I yerin, Naxçıvan Dövlət Universitetinin tələbəsi Əhmədli Əhməd II yerin, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Fərzəliyev Nail və Əlisoy Xanəli isə üçüncü yerin qalibləri olmuşlar. I, II, III yerin qaliblərinə diplom və kitap hədiyyələri, diğər iştirakçılara həvəsləndirici diplomlar təqdim edilmişdir.