“Azərbaycan gəncliyi xalqımızın gələcəyidir” mövzusunda tədbir keçirilmişdir.
12 noyabr 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə 10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində “Azərbaycan gəncliyi xalqımızın gələcəyidir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə institutun professor-müəllim heyəti, tələbələri və Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatının əməkdaşları iştirak etmişdir.
Tədbirdə institutun rektoru dosent Azad Novruzov və Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatının sədri, dosent Elman Cəfərli giriş nitqi ilə çıxış emişlər.
Azad Novruzov qeyd etmişdir ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi həyatın bütün sahələrində kifayət qədər fəaldır. Muxtar Respublikamızda da gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Gənclərin sosiallaşması və cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı addımlar atılır. Naxçıvan Müəllimlər İnstitutunda tələbə-gənclərin milli ruhda tərbiyəsi və əsil vətəndaş kimi formalaşması xüsusi diqqət mərkəzində olan məsələlərdəndir. Onların yüksək səviyyədə təhsil almaları üçün innovativ metodlar tətbiq edilir, tariximiz və milli mədəniyyətimiz təbliğ olunur. Görülən işlər gənclərin daha savadlı və hərtərəfli inkişafında mühüm rol oynayır.
Elman Cəfərov çıxış edərək vurğulamışdır ki, gənclərin siyasi fəaliyyətinin düzgün istiqamətlənməsi yolunda Yeni Azrəbaycan Partiyasında gəncləşmə prinsipi hər zaman ön gərcələrdən birini tutur. Bu mənda partiyamızda gənclər siyasəti uğurla davam etdirilir. Ümummilli lider azad, firəvan, demokratik, müasir, davamlı iqtisadi uğurlara əsaslanan dünyəvi dövlətin möhkəmlənməsini və milli mənafeyi üstün tutmaqla öz layiqli davamçısını yetişdirərək xalqın sonrakı taleyini prezident İlham Əliyevə həvalə edib. Naxçıvan Muxtar Respublikasında da Ümummili liderin dövlətçilik siyasəti uğurla davam etdirilir. Bu varislik siyasəti muxtar respublikamızda sürətli inkişafın əsasında dayanan əsas amil kimi gənclərin gələcəyə ümid və inamının möhkəmlənməsində əsas təsiredici və formalaşdırıcı stimuldur.
Sonra institutun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Azərbaycanda gənclər siyasəti və qalib gəncliyimiz”, Pedaqoji fakültənin III kurs tələbəsi, gənc partiya üzvü Bəhriyyə Əhmədova “Naxçıvan Muxtar Respublikasında gənclərə göstərilən dövlət qayğısı” və pedaqoji fakültənin II kurs tələbəsi, gənc partiya üzvü Abutalıb Ağa Kəngərli “Naxçıvan Müəllimlər İnstitutunda tələbə-gənclərin inkişafı üçün yaradılmış şərait” mövzularında məruzə etmiş, tələbələrin hazırladıqları bədii hissəyə baxış olmuşdur.