Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları tərəfindən “Düzgün ixtisas seçimi uğur və kariyeranın əsasıdır” adlı dəyirmi masa keçirilmişdir

15 noyabr 2019 – cu il tarixdə Naxçıvan Müəllimlər İnstutunun Təbiət və incəsənət fakültəsinin Təhsildə sosial psixoloji xidmət ixtisasının təcrübəçi tələbələri, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə birgə “düzgün ixtisas seçimi uğur və kariyeranın əsasıdır” mövzusunda dəyirmi masa keçirmişlər.

Tədbirdə İnstitutun Təbiət və incəsənət fakültəsinin dekan müavini, psixoloq Çapay Quliyev, Dillər və ədəbiyyat kafedrasının baş müəllimi Nicat Yaqubov, Naxçıvan şəhər Təhsil şöbəsinin metodisti Natella Rzayeva  iştirak etmişlər.

Dəyirmi masanın əsas məqsədi şagirdlərdə qabiliyyətlərinə uyğun istiqamətlənmənin zəruriliyi və gələcəkdə uğurlu fəaliyyətin təmin olunması istiqamətində biliklərin artırılması, eyni zamanda ixtisas seçməzdən əvvəl məhdud ixtisaslarla deyil ümumilikdə bütün ixtisaslarla maraqlanmaq, bu ixtisasların özlərinin daxili istək və fərdi psixoloji  xüsusiyyətlərinə uyğunluğuna diqqət etmək, həmin ixtisasın mahiyyəti və əhəmiyyəti haqqında biliklərə yiyələnməklə gələcək uğurlu kariyeralarını həyata keçirməyi planlaşdırmağı öyrətməkdir.

Tədbirdə vurğulandı ki, uğurlu olmaq patensiala uyğun ictimai əhəmiyyətli məqsədlərin qarşıya qoyulmasından başlayır. Məqsədlər uzaq motivlərə yönəlməlidir. Yəni, məqsədə çatmaq üçün əldə olunmuş hər bir uğur işin bitməsi deyil bu yolda əldə olunmuş bir başlanğıcdır. Tədbir şagirdlərin fəallığı ilə yadda qaldı və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Author

Azərbaycan dili AZ English EN