Psixoloq və rəssam tələbələr  şagirdlərlə birlikdə növbəti tədbir keçirdilər

15 noyabr 2019 cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin Təhsildə sosial psixoloji xidmət və Təsviri incəsənət müəllimliyi ixtisasının təcrübəçi tələbələri və Naxçıvan şəhər 8 nömrəli orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivi 17 noyabr “Milli Dirçəliş Günü” və 17 noyabr Naxçıvan Muxtar Respublikasında “Bayraq günü”nün qeyd olunması  münasibətilə birgə tədbir keçirmişlər.

Tədbirdə orta məktəb şagirdlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri, şeirlər, rəqslər nümayiş etdirilmişdir. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissinin aşılanması və formalaşdırılması olmuşdur. Tədbirin tələbələr və şagirdlərin birgə iştirakı ilə hazırlanması gənc nəslidə birlik hissini formalaşdırır ki, bunun əsasında vətənə, millətə xidmət ruhu inkişaf edir. Tədbirin sonunda məktəbin direktroru Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə tədbirdə fəal iştiraklarına görə minnətdarlığını bildirmiş və fəallıqları nəzərə alınaraq şagirdlər mükafatlandırılmışdır.

Author

Azərbaycan dili AZ English EN