MÜASİR MƏRHƏLƏDƏ MÜƏLLIM HAZIRLIĞININ AKTUAL MƏSƏLƏLƏRİ: UĞURLAR VƏ ÇAĞIRIŞLAR
Naxçıvan Müəllimlər İnstitutu
Naxçıvan Dövlət Universiteti
Azərbaycan Respublikasının Təhsil İnstitutu
MÜASİR MƏRHƏLƏDƏ MÜƏLLIM HAZIRLIĞININ
AKTUAL MƏSƏLƏLƏRİ: UĞURLAR VƏ ÇAĞIRIŞLAR
mövzusunda Beynəlxalq elmi konfrans
(əyani və videobağlantı formatlarında)
Naxçıvan şəhəri, 8-9 dekabr 2022-ci il
1. BEYNƏLXALQ KONFRANSIN ELANI
Tərəfdaşlar tərəfindən birgə yaradılmış Təşkilat Komitəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 2022-ci il üçün təsdiq edilmiş elmi tədbirlər planına uyğun olaraq, “Müasir mərhələdə müəllim hazirlığının aktual məsələləri: uğurlar və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın 2022-ci ilin dekabr ayının 8-9-da əyani və videobağlantı formatlarında Naxçıvan şəhərində keçiriləyəcəyini böyük məmnuniyyətlə həmkarlarının nəzərinə çatdırır və onları bu elmi tədbirdə uyğun formatda iştirak etməyə dəvət edir.
Beynəlxalq konfransın materiallarının məqalə və ya tezis şəklində ənənəvi və elektron formatlarda nəşri nəzərdə tutulur. Konfransın işində iştirak və materialların nəşrə təqdim olunmasına dair tələblər aşağıda verilir.
2. KONFRANSIN ƏSAS MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ
- Müasir dövrdə pedaqoji kadrların hazırlığı sahəsində dövlət siyasətinin əsas istiqamətləri və perspektivlər
- Müəllimlik ixtisasları üzrə təhsil proqramları keyfiyyətli kadr hazırlığının əsas amili kimi
- Müəllim hazırlığında keyfiyyət və onun təminatı məsələləri: reallıqlar və çağırışlar
- Təhsildə və təhsil üçün elmi tədqiqatlar: nəzəriyyədən təcrübəyə
- Müəllim hazırlığında fənlərin tədrisi metodikası: ənənələr və müasir yanaşmalar
- Ali pedaqoji təhsildə yeni tendensiyalar: təcrübə və çağırışlar
- Pedaqoji təhsil sistemində internatura modelli dünya təcrübəsi və Azərbaycan: çağırışlar və yeni yanaşmalar
- Ali pedaqoji təhsil sistemində müəllimin peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi
- Müəllim hazırlığı sisteminində idarəetmənin aktual məsələləri
- Müəllim hazırlığında tərbiyə məsələlərinin yeri və rolu
- KONFRANSIN İŞİNDƏ İŞTİRAK VƏ MATERİALLARIN NƏŞRƏ TƏQDİM OLUNMASINA DAİR TƏLƏBLƏR
3.1 Konfransın işində iştirak üçün:
1.Elmi məruzələrin materialları MƏQALƏ və ya TEZİS şəklində 2022-ci il noyabr ayının 15-nə kimi Təşkilat Komitəsinin elmihisse@nmi.edu.az elektron ünvanına (üzərində Beynəlxalq konfrans üçün göstərilməklə) göndərilir;
2.Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir;
3.Konfransın işində iştirak: əyani və ya videobağlantı formatında (videobağlantı Zoom platforması vasitəsilə olacaq, ID və parol əlavə olaraq verdiyiniz elektron ünvana və ya əlaqə nömrəsinə göndəriləcək);
4.Konfransda məruzəçilərə 10-15 dəqiqə ərzində çıxış imkanı yaradılması nəzərdə tutulur.
3.2. Konfransa təqdim olunan materialların tərtibat qaydaları
- Materialın adı – baş hərflərlə, tünd, şrift 11;
- Müəlliflərin adı, atasının adı, soyadı, elektron ünvanı və mobil əlaqə nömrəsi – kiçik hərflərlə, tünd, şrift 12;
- İşlədiyi təhsil, elmi-tədqiqat müəssisəsinin adı – kiçik hərflərlə, kursiv, şrift 12;
- Mətnlərin yığılması – А 4 formatda, yuxarıdan 2,0 sm, aşağıdan 2,0 sm, soldan 2,5 sm, sağdan 2,5 sm, şrift 12, interval 1,5 , Times New Roman;
- Materialların həcmi: məqalə 5-10 səhifə (Xülasə, Açar sözlər və Ədəbiyyat siyahısı daxil olmaqla), tezis 2-4 səhifə (Xülasə daxil olmaqla) həcmində;
- Xülasə: məqalə üçün – yazıldığı dildən başqa 2 xarici dildə (azı 100 sözdən ibarət olmaqla); tezis üçün – yazıldığı dildən başqa 1 xarici dildə (azı 50 sözdən ibarət olmaqla);
- Açar sözlər – 5-6 söz və ya söz birləşməsi;
- Ədəbiyyat siyahısı mətndəki istinad ardıcıllığı üzrə tərtib olunur.
3.3.Materialların qəbul olunduğu rəsmi və ya elektron ünvanlar
Poçt ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 2. Naxçıvan Müəllimlər İnstitutu, Elmi hissə, otaq 209
Elektron ünvan: elmihisse@nmi.edu.az
Əlaqə telefonu: +994 50 365 26 56 Daha ətrafli məlumat üçün müraciətin elektron ünvanı: http://www.nmi.edu.az/
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ