I kurs tələbələrinə startap layihələrinin hazırlanması və təqdimatı ilə bağlı maarifləndirici seminar keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunda I kurs tələbələrinə startap layihələrinin hazırlanması və təqdimatı ilə bağlı maarifləndirici seminar keçirilmişdir


Seminarı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun İnnovasiya laboratoriyasının (İnnolab) mütəxəssisi Səminə Rüstəmova açaraq Startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışmış, tələbələri Startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmağa çağırmışdır. Səminə Rüstəmova institutun rəsmi internet səhifəsində yaradılmış “ideya bankı” vasitəsilə layihələrin onlayn qaydada təqdim edilməsi imkanlarını praktik nümunələrlə izah etmişdir.
Sonra institutun Təbiət və incəsənət fakültəsinin IV kurs tələbəsi Rüfət Hacıyevin təqdimatında Startap layihələri, onların necə tərtib olunması, hansı mərhələlərdən təşkil olunması, təqdimatlarının hazırlanması istiqamətində maarifləndirici məlumat dinlənilmiş və startapçı tələbələr Bəhriyyə Əhmədova, Aysun Nağdəliyeva, Gülcan Əlizadə, Abutalıb Ağa Kəngərli öz layihələrini təqdim etmişlər.
Seminarda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti