“Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfrans Naxçıvan şəhəri, 26-27 noyabr 2021-ci il

Naxçıvan Müəllimlər İnstitutu

 Naxçıvan Dövlət Universiteti

Azərbaycan Respublikasının Təhsil İnstitutu

 

“Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfrans

(əyani və videobağlantı formatlarında)

Naxçıvan şəhəri, 26-27 noyabr 2021-ci il

 

  1. BEYNƏLXALQ KONFRANSIN ELANI

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti hazırda ölkəmizdə uğurla davam və inkişaf etdirilməkdədir. Çağdaş Azərbaycan təhsilini səciyyələndirən əsas cəhətlərdən biri onun keyfiyyətcə yeni səviyəyə keçməsidir. Bunun əsas səbəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan təhsilini ölkənin davamlı inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi siyasətini uğurla gerçəkləşdirməsidir.

Ölkəmizdə təhsil siyasətini reallaşdırılmasında birbaşa iştirak edən və təhsildə elmi araşdırmalar aparan qurum və təşkilatların funksional fəaliyyətində təhsilin elmi problemlərinə həsr olunan müxtəlif elmi tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə 10 ildən artıqdır ki, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Naxçıvan Dövlət Universiteti Naxçıvan şəhərində müasir təhsilin müxtəlif aktual problemlərinə həsr olunmuş birgə beynəlxalq elmi tədbirlər – simpozium, konqres və ya konfrans keçirirlər.           Ölkəmizdə təhsil siyasətini həyata keçirən mərkəzi və yerli dövlət qurumlarının himayəsi altında həyata keçirilən bu beynəlxalq elmi tədbirlər müasir dövrdə təhsilin bütün pillə və səviyyələri üzrə aparılan elmi tədqiqatların geniş müzakirəsinə həsr olunur ki, bu da əldə olunan elmi-praktik nəticələrin təhsil sahəsində səmərəli tətbiqinə, təhsil paradiqmalarının nəzəri və praktik məsələlərinin həllinə əlverişli imkanlar yaradır.                                                              Tərəfdaşlar 2021-ci ilin noyabr ayının 26-27-də Naxçıvan şəhərində əyani və videobağlantı formatlarında “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda növbəti birgə Beynəlxalq elmi konfrans keçirəcəklərini böyük məmnuniyyətlə həmkarlarının nəzərinə çatdırır və onları bu mötəbər elmi tədbir çərçivəsində əməkdaşlığa dəvət edir.

Beynəlxalq konfransın materiallarının məqalə və ya tezis şəklində ənənəvi və elektron formatlarda nəşri nəzərdə tutulur. Konfransın şərtləri və materialların nəşrə təqdim olunmasına dair tələblər ayrıca bölmədə verilir.

 

  1. KONFRANSIN ƏSAS MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ

 

  1. Müasir dövrün çağırışları və dünyada təhsilin inkişaf tendensiyaları
  2. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi
  3. Təhsilin məzmununun yenilənməsi pedaqoji problem kimi
  4. Bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri və akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi məsələləri
  5. Təhsildə məsafədən təlimin aktual məsələləri
  6. Müəllimlərin peşəkar inkişafının aktual məsələləri: “Refleksiv müəllim”, “Öyrənməyi öyrətmək və öyrətməyi öyrənmək” layihələri pedaqoji-metodiki problem kimi
  7. Müasir dərslik konsepsiyası və məktəb təcrübəsi: reallıqlar və perspektivlər
  8. Müasir təhsil və pedaqoji-psixoloji elmlər: ənənələr və yeni çağırışlar
  9. Təhsil müəssisələrində tərbiyə işi: nəzəri və praktik aspektlər
  10. STEAM metodologiyası təhsildə elmi-innovativ strategiya kimi
  11. Təhsilin idarə olunmasının aktual problemləri
  12. İcma əsaslı məktəbəqədər təhsilin aktual problemləri
  13. Ümumi təhsildə qiymətləndirmə siyasətinə yeni baxış: beynəlxalq və milli qiymətləndirmə modelləri
  14. Tam orta təhsildə təmayülləşmə: əməli addımlar və çağırışlar
  15. Rəqəmsal bacarıqların formalaşdırılması və tədrisdə İKT-dən istifadə imkanları
  16. İnklüziv təhsil: Azərbaycan təcrübəsi dünya kontekstində
  17. Peşə təhsilinin inkişafında peşə təmayüllü siniflərin yeri və rolu
  18. Orta ixtisas təhsilinin inkişafına yeni baxışlar
  19. Ənənəvi ali təhsil müəssisəsi modelindən təhsil-tədqiqat-innovasiya mərkəzlərinə doğru
  20. Ali təhsilin magistratura səviyyəsi: ənənəvi və yeni proqram modelləri
  21. Ömürboyu təhsildə “Milli Kvalifikasiyalar Çərçivəsi”nin yeri və rolu

 

 

  1. KONFRANSIN İŞİNDƏ İŞTİRAK VƏ MATERİALLARIN NƏŞRƏ          TƏQDİM OLUNMASINA DAİR TƏLƏBLƏR

        3.1  Konfransın işində iştirak üçün:

– Elmi məruzələrin materialları MƏQALƏ VƏ YA TEZİS şəklində 2021-ci il noyabr ayının 20-nə kimi Təşkilat Komitəsinin elmihisse@nmi.edu.az elektron ünvanına (üzərində Beynəlxalq konfrans üçün göstərilməklə) göndərilməlidir;

– Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir;

Konfransın işində iştirak: əyani və ya videobağlantı formatında (videobağlantı formatında bağlantı Zoom platforması vasitəsilə olacaq, ID və parol əlavə olaraq verdiyiniz elektron ünvana və ya əlaqə nömrəsinə göndəriləcək);

– Konfransda məruzəçilərə 15 dəqiqə ərzində çıxış imkanı yaradılması nəzərdə tutulur.

 

        3.2.  Konfransa təqdim olunan materialların tərtibat qaydaları

 

  1. Materialın adı – baş hərflərlə, tünd, şrift 11;
  2. Müəlliflərin adı, atasının adı, soyadı, elektron ünvanı və mobil əlaqə nömrəsi – kiçik hərflərlə, tünd, şrift 12;
  3. İşlədiyi təhsil, elmi-tədqiqat müəssisəsinin adı – adi şriftlə, kursiv, şrift 12;
  4. Mətnlərin yığılmasıА 4 formatda, yuxarıdan 2,5 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm, şrift 12, interval 1,5 , Times New Roman;
  5. Materialların həcmi: məqalə 5-10 səhifə (Xülasə, Açar sözlərƏdəbiyyat siyahısı daxil olmaqla), tezis 2-4 səhifə (Xülasə daxil olmaqla) həcmində;
  6. Xülasə: məqalə üçün – yazıldığı dildən başqa 2 xarici dildə (azı 100 sözdən ibarət olmaqla); tezis üçün – yazıldığı dildən başqa 1 xarici dildə (azı 50 sözdən ibarət olmaqla);
  7. Açar sözlər – 5-6 söz və ya söz birləşməsi;
  8. Ədəbiyyat siyahısı mətndəki istinad ardıcıllığı üzrə tərtib olunmalıdır.

 

  • Materiallar aşağıdakı rəsmi və ya elektron ünvanlarda qəbul olunur:

Poçt ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 2. Naxçıvan Müəllimlər İnstitutu, Elmi hissə, otaq 209

Elektron ünvan: elmihisse@nmi.edu.az

Əlaqə telefonu: +994 50 365 26 56

Daha ətrafli məlumat üçün müraciətin elektron ünvanı – http://www.nmi.edu.az/                                                                                     

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Author

Azərbaycan dili AZ English EN