Tələbə Gənclər Təşkilatlarının idarə heyəti ilə görüş keçirilib

22 sentyabr tarixində Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Gənclər Təşkilatlarının idarə heyəti ilə görüş keçirilib. Görüşün keçirilməsinin əsas məqsədi yeni tədris ilində görüləcək işlər və qarşıda duran vəzifələri müzakirə etməkdir. Görüş zamanı Tələbə Gənclər Təşkilatlarının görüləcək işlərlə bağlı fikirləri dinlənilmiş, gələcək perspektivlər müəyyənləşdirilmiş və gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Qeyd olunmuşdur ki, institutda tələbə-gənclərin ideyalarını gerçəkləşdirmək və inkişaf etmək üçün bütün imaknaları mövcuddur. İnstitut rəhbərliyi yeniliklərlə bağlı fikirləri hər zaman dəstəkləyir. Tələbə Gənclər Təşkilatları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təşkilat üzvlərinə vətənpərvərliyin təbliği, milli-mənəvi dəyərlərin qorunması, ictimai-sosial layihələrin hazırlanması, elmi yeniliklərin araşdırılması, könüllülük işinin təşkili, müxtəlif özünüinkişaf proqramlarına cəlb olunmaları istiqamətində təşəbbüskar olmalıdır.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti