2020/2021-ci tədris ili üçün tələbə adını qazanmış şəxslərin qeydiyyatı haqqında məlumat.
Naxçıvan Müəllimlər İnstitutu
Naxçıvan Müəllimlər İnstitutu
|
Tələbə adı qazanmış şəxslər 2020-ci il 25 sentyabr saat 09:00-dan 7 oktyabr 17:00-dək sənədlərini qeydiyyatdan keçirməlidirlər. Muxtar respublikadan olan abiturientlər üçün qeydiyyat Naxçıvan Müəllimlər İnstitutunun inzibati binasında aparılacaqdır. Respublikamızın digər bölgələrindən olan abiturientlər isə sənədləri onlayn qaydada da təqdim edə bilərlər.
Aşağıda siyahısı təqdim edilən sənədlərlə qeydiyyat aprılacaqdır (onlayn qeydiyyatdan keçənlər həmin sənədləri scan (elektron sürəti) edərək veliyeva_1979@bk.ru e-mailinə göndərilməlidir).
- Tələbə anketi (əlyazma qaydasında doldurulmuş qaydada); (Bax əlavə 1)
- Tam orta (ixtisas) təhsili haqqında sənədin əsli (attestat və ya diplom)
- Şəxsiyyət vəsiqəsinin əsli (surəti ilə birlikdə – 2 ədəd)
- 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil ( yeni çəkilmiş)
- Tibbi arayış 086U (şəkilli)
- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi (oğlanlar üçün)
- Qovluq , fayl
- Tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN).
- İllik təhsil haqqının ödəməsini təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün); Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı Əlavə 2-yə baxın.
Təhsil haqqı ödənilməsi üçün Naxçıvan Müəllimlər İnstitutu bank rekvizitləri:
B1. Benifisar (alan) bank
Adı: Mərkəzi Bankın Naxçıvan MR İdarəsi Kodu: 502906 VÖEN: 0200087741 Müxbir hesab: AZ88NABZ01451700000000012944 S.W.I.F.T BIK: NABZAZ 2C
B2. Alan müştəri Adı: Naxçıvan MR Maliyyə Nazirliyi Hesab nömrəsi: AZ21NABZ12360100000000005944 VÖEN: 0200003621 Təyinat: Naxçıvan Müəllimlər İnstitutu, ________ixtisas, ____kurs, ____ ödənişin məbləği. |
Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri də digər sənədləri ilə birlikdə birbaşa təqdim etməlidirlər (Muxtar respublikadan kənarda olan şəxslər e-mailə göndərməlidirlər). Bu sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatdan keçməlidir. Qeyd olunan vaxtda sənədlərini birbaşa və ya onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq. Bu hal abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.
Qeyd edilmiş sənədləri birbaşa təqdim edən və ya göndərən abituriyentlərin şəxsi kabinetində bir gün sonra “sizin sənədləriniz qəbul olduğunuz ali təhsil müəssisəsi tərəfindən təsdiqləndi” yazısı daxil olacaq. Şəxsi kabinetinə bu məlumat qeyd edilmiş abituriyentin sənədləri təsdiqlənmiş hesab ediləcəkdir. Belə bir bildiriş almayan abituriyentlər mütləq Naxçıvan Müəllimlər İnstitutunun Sənəd Qəbulu Komissiyası ilə birbaşa və ya e-maillə əlaqə saxlamalıdırlar.
Xüsusi qeyd: Tələbə qeydiyyatdan keçdikdən sonra ilk dərsə gələrkən e-maillə qeydiyyat üçün göndərdiyi bütün sənədlərin əsillərini Sənəd Qəbulu Komissiyasına təqdim etmək üçün özü ilə gətirməlidir.