Naxçıvan Müəllimlər İnstitutunda “18 Sentyabr Milli Musiqi Günü” qeyd olunmuşdur.

17 sentyabr 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrası və tələbə gənclər təşkilatlarının təşkilatçılığı ilə “18 sentyabr Milli Musiqi Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə İncəsənət kafedrasının müdiri sənədşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva və kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sevda Xəlilova milli musiqi gününün mahiyyəti və dahi şəxsiyyət Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etmiş, tələbələrə “Üzeyir ömrü” adlı film nümayiş etdirilmişdir. “Milli Musiqi Günü” və “Üzeyir ömrü” filimi ilə bağlı 20 sentyabr tarixində fakültələrarası viktorina keçiriləcəkdir. Bu məqsədlə komandalar müəyyənləşdirilmiş, lazimi tapşırıqlar verilmişdir. Tədbirin sonunda “Milli Musiqi Günü”nə həsr olunmuş tələbələrin rəsm əsərlərinə baxış olmuşdur.

Bu slaydşou üçün JavaScript lazımdır.