Yeni qəbul olunmuş abituriyentlərin nəzərinə!

Naxçıvan Müəllimlər İnstitutuna qəbul olmuş abituriyentlərin nəzərinə!

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 2021-ci il sentyabrın 7-dən 19.09.2021-ci il, saat 23.59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Diqqət: Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeydiyyat üçün aşağıdakı sənədlərin pdf (scan) variantı portal.edu.az platformasına daxil edilməlidir:

  1. Tam orta (ixtisas) təhsili haqqında sənəd (attestat və ya diplom)
  2. Şəxsiyyət vəsiqəsi
  3. 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil (yeni çəkilmiş)
  4. Tibbi arayış 086U (şəkilli)
  5. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqlarını “Hökümət ödəniş portalı” vasitəsilə (bu xidmət mövcud olan istənilən bakdan ödəniş etmək mümkündür) və ya portal.edu.az portalı vasitəsilə açılmış şəxsi kabinetlərindən əmək haqqı kartı və ya digər ödəniş kartları vasitəsilə ödəyə bilərlər.
  6. İnstitutda vahid forma mövcuddur. Forma almaq üçün Naxçıvan Tikiş Fabrikinə müraciət etməlisiniz. Naxçıvan Muxtar Respublikasinda olan abituriyentlər qeydiyyat zamanı forma almaqla bağlı müraciət etməlidir. Naxçıvan Muxtar Respublikasından kənardan olan abituriyentlər muxtar respublikaya gəldikdən sonra forma almaq üçün müraciət edə bilərlər.
  7. Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi (oğlanlar üçün)

Qeyd: Sənədlərin əslləri dərslər başlayan zaman təqdim olunmalıdır!

Əlavə məlumat və kömək üçün Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış sənəd qəbulu komissiyasına müraciət edə bilərsiniz!

Əlaqə nömrəsi: (051) 467 11 15, (036) 545 87 44