Fəlsəfə doktoru hazırlığı üzrə 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

  Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli 493/s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı qaydada aparılır.

Fəlsəfə  doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı:

Büdcə hesabına, əyani təhsilalma forması:

  • Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası -1 yer;
  • Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi -1 yer;
  • Pedaqoji psixologiya -1 yer.

Büdcə hesabına, qiyabi təhsilalma forması:

  • Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası -1 yer;
  • Müəllim hazırlığı və fəaliyyəti -1 yer;
  • Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi -1 yer;
  • Sosial pedaqogika -1 yer;
  • Pedaqoji psixologiya -1 yer.

Ödənişli əsaslarla, qiyabi təhsilalma forması:

  • Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası -1 yer;
  • Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi -1 yer;
  • Pedaqoji psixologiya -1 yer.

Fəlsəfə  doktoru hazırlığı üzrə dissertanturaya qəbul planı:

Büdcə hesabına, qiyabi təhsilalma forması:

  • Müəllim hazırlığı və fəaliyyəti -1 yer;
  • Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi -1 yer;
  • Pedaqoji psixologiya -1 yer.

Ödənişli əsaslarla, qiyabi təhsilalma forması:

  • Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası -1 yer;
  • Sosial pedaqogika -1 yer.

Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan  Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Doktoranturaya qəbul (habelə dissertanturaya təhkimolunma)  üçün ağagıdakı sənədlər təqdim edilməlidir:

  • Naxçıvan Müəllimlər İnstitutunun rektorunun adına ərizə;
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd foto-şəkil (3x 4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsili haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • xarici dil biliklərinə dair beynəlxalq sertuifikat (əgər varsa);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il  1 iyul tarixli 129 nömrəli  Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarı ilə təsdiqlənmiş yeni redaksiyasının tələbləri əsasında aparılır.

Bu tələblərə görə, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər və ya xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfə üzrə imtahana buraxılmırlar.                                                            Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

Fəlsəfə fənni üzrə qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Fəlsəfə üzrə imtahanda iştirak etməyənlər və ya imtahandan keçməyənlər ixtisas fənnindən imtahana buraxılmırlar.      

İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) doktoranturaya qəbul olmaq istəyənlər üçün müəyyənlədirilmiş qaydada keçirilən qəbul imtahanı verirlər.

Sənədlərin qəbulu iş günlərində 25 sentyabr 2020-ci il tarixədək saat 9.00-dan 17.00-a kimi aparılır.

Əlavə məlumat almaq üçün Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə müraciət etmək olar.

Ünvan: Naxçıvan şəhəri,

 Heydər Əliyev prospekti, 2.

 Naxçıvan Müəllimlər İnstitutu

Elmi hissə (otaq № 208)

Əlaqə telefonları:(+994 36) 544 04 29

E-mail:  elmihisse@nmi.edu.az

 

Author

Azərbaycan dili AZ English EN