“Məzun-2023” adlı rəsm sərgisi təşkil olunub

Naxçıvan Müəllimlər İnstitutunda “Təsvir incəsənət müəllimliyi” ixtisasını bitirən IV kurs tələbələrin “Məzun-2023” adlı rəsm sərgisi təşkil olunub.
İnstitutun professor-müəllim heyətinin və məzun tələbələrin iştirak etdiyi sərgidə əsası “Məzun” mövzusu olmaqla tələbəlik həyatından bəhs edən, Naxçıvanın tarixi abidələrini, görməli yerlərini təsvir edən müxtəlif səpkili əsərlər yer alıb.
Sərgi ilə tanış olanlar rəsm əsərlərini yüksək qiymətləndirib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Author

Azərbaycan dili AZ English EN