Tələbələrin nəzərinə!

Azərbaycan Respublikasının Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu  19 may 2021-ci il tarixindən aktivləşdirmişdir.

2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrinin 2020/2021-ci tədris ilinin yaz semestri  (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili)  üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə iyun ayının 7-dək aktiv olacaqdır.

Əlavə məlumat üçün institutun tədris şöbəsinə və fakültə tyütorlarına müraciət edə bilərsiniz!