Naxçıvan Müəllimlər İnstitutunun IV kurs tələbələrinin “Məzun” sərgisi keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda 06 may 2021-ci il tarixdə Təsviri incəsənət müəllimliyi ixtisası  üzrə IV kurs tələbələrinin “Məzun” sərgisi keçirilmişdir.

İlk öncə Təbiət və İncəsənət fakültəsinin dekanı pedoqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev sərgi haqqında məlumat vermiş və bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin məzun sərgisinin keçirilməsi ənənə halını almışdır.

İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva çıxışında bildirmişdir ki,  sərgidə tələbələrin 60-dan çox əsəri nümayiş olunmuşdur. Əsərlər təsviri incəsənətin müxtəlif janrlarında – həm rəngkarlıq və qrafika, həm də dekorativ tətbiqi sənət nümunələri yer almışdır. Burada portret, natürmort, kompozisiyalar, muncuqlu tikmə, vitraj, karikatura, ebru,  maketlər və s. əsərlər rəng və kompozisiya bitkinliyi baxımından maraqlıdır.  Yekunda İnstitutun rektoru Azad Novruzov çıxış edərək bu gün ölkəmizdə tələbələrə, gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır. İnstitutunda yaradılan şərait, keçirılən tədbirlər, tələbələrin hərtərəfli fəaliyyəti üçün açılan geniş imkanlar, göstərilən qayğının təzahürüdür Yaradılmış şəraitdən düzgün istifadə edən tələbələrin yaradıcılığında mövzu baxımından vətənpərvərliyin, Qarabağ zəfərinin, Naxçıvan abidələrinin, milli mənəvi dəyərlərin ön planda olmasını rektor yüksək qiymətləndirmiş və tələbələri təbrik edib, uğurlar arzulamışdır.

Sonra sərgiyə baxış olmuşdur. Sərgidə nümayış olunan əsərlərdən portret janrında şəhid İbrahim Vəlizadənin, Cəlil Məmmədquluzadənin Məmməd Arazın portretləri, mənzərə janrında Vətənimizin təbiət gözəllikləri, tarixi yerlərinin, tarixi-memarlıq abidələrinin, tematik tablo janrında II Qarabağ müharibəsi, zəfər, məişət, gənclik mövzusu, natürmortlarında isə qədim məişət əşyalarının, bir-birindən gözəl, əlvan  naxışlı xalçalarımızın, Naxçıvan nemətlərinin, gül-çiçəklərinin, Qarabağ lövhələri və s. təsviri öz estetik əksini tapmışdır.  İnstitutda ənənə halını almış “Məzun” sərgisində tələbələrdən Lamiyyə Quliyevanın, Əbutalib Həsənlinin, Sevinc Mehdizadənin, Gülnarın Qafarovanın əl işləri say çoxluğu, mövzu müxtəlifliyi, kolorit zənginliyi, kompozisiya bitkinliyi baxımından  diqqəti cəlb etmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.

Author

Azərbaycan dili AZ English EN