Naxçıvan Müəllimlər İnstitutunda rəssam tələbələrin fərdi sərgisi keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Rəcəbov Mikayıl və III kurs tələbəsi Allahverdiyev Fərhadın fərdi sərgisi açılmışdır. Sərgidə təbiət mənzərələri, portretlər, kompozisiyalardan ibarət 30-dan çox əl işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İntitutunun rektoru dosent Elbrus İsayev ali təhsil müəssisəsində yaradılan yuksək şəraitin tələbələrin təhsillinə və fərdi fəaliyyətlərinə öz müsbət təsirini göstərməklə bərabər istedadlı gənc rəssamların fərdi sərgilərinin keçirilməsinin artıq bir ənənə halını almasına təkan verdiyini qeyd etmişdir.
İncəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılov qeyd etmişdir ki, hər iki tələbənin sərgidə nümayiş olunan əsərlərində rəngkarlıq və qrafika janrı yüksık səviyyədə işlənmişdir. Bundan əvvəl də hər iki tələbə Rəssamlar Birliyinin təşkil etdiyi sərgilərdə yaxından iştirak edərək bir neçə dəfə I və II dərəcəli diplomlarla təltif olunmuşlar.
Gənc rəssamların hər ikisi çıxışlarında göstərilən diqqət və qayğıya görə İnstitututun rəhbərliyinə eyni zamanda öz müəllimlərinə minnətdarlıqlarını bildirdilər. Gələcək fəaliyyətlərində bu sərginin daha stimulverici olacağını qeyd etdilər.
Tədbirdə iştirak edən müəllim və tələbələr gənc rəssamların əl işlərini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıblar. Hər iki tələbə İnstitutun rektoru tərəfindən diplomla təltif edilmişlər.
NMİ-nin Mətbuat və İctimaiyyətlə əlaqələr xidməti