Elmi-praktik konfrans keçiriləcəkdir!

Naxçıvan Müəllimlər İnstitutunda

20-21 may 2021-ci il tarixlərində “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər” mövzusunda ənənəvi respublika elmi-praktik konfransı keçiriləcəkdir.

 

Konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə ümumi təhsildə reallaşdırılan kurikulum islahatlarının elmi dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini müəyyən etmək, kurikulum islahatlarının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın tələblərinin reallaşdırılması sahəsində elmi-əməli təcrübə mübadiləsini təmin etmək üçün bu istiqamətdə çalışan tədqiqatçıları, təhsil təşkilatçıları və praktik mütəxəssisləri, fənn müəllimlərini, məktəbəhazırlıq və ibtidai sinif müəllimlərini, ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərini, pedaqoq və psixoloqları, ümumiyyətlə ümumi təhsilimizin aktual məsələləri ilə maraqlananları bir araya gətirməkdən ibarətdir. Konfransın başlıca vəzifəsi elan olunan MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ üzrə iştirakçıların elmi unsiyyətini təşkil etməkdən ibarətdir.

Xüsusi qeyd edirik ki, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan məruzəçilər konfransın işinə videobağlantı formatında qatıla bilərlər. Bu haqda onlara əlavə məlumat veriləcəkdir.

Konfransda təqdim ediləcək məruzələrin tezisləri və digər materiallar toplu şəklində nəşr ediləcəkdir.

Mövzu üzrə aktual problemlərə həsr olunmuş məruzə ilə konfransda iştirak etmək istəyənlər 10 may 2021-cu il tarixədək materiallarını huseynovag110@gmail.com elektron ünvanına (NMİ Kurikulum 2021 qeydi ilə) göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209) təqdim edə bilərlər.

Materialların tərtibinə dair tələblər:

– kağızın formatı – A4, Word redaktorunda;

– materialın başlığı Times New Roman, 12 Pt, tünd, böyük hərflərlə ortada;

– müəllifin adı, soyadı, işlədiyi və ya oxuduğu müəssisənin adı, elmi titulu, elmi dərəcəsi və elmi adı (varsa), elektron ünvanı Times New Roman, 12 Pt, sağ tərəfdən yazılmalı;

– sətirlərarası interval – 1,5 ölçüdə olmalıdır.

Tezislərin həcmi 1-2 səhifə (və ya daha artıq) ola bilər.

 

Naxçıvan Müəllimlər İnstitutu

TƏŞKİLAT KOMİTƏSİ

                                                                     Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.

 

“Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər”  mövzusunda ənənəvi respublika elmi-praktik konfransının

MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ

1.Ümumi təhsildə kurikulum islahatlarının əsas istiqamətləri: hədəflər və reallıqlar

2.Ümumi təhsilin məzmununa dair ümumi tələblər və məktəb təcrübəsi

3.Ümumi təhsilin idarə olunmasının aktual problemləri

4.Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri: Dövlət standartlarında və təcrübədə

5. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə verilən tələblər: reallıqlar və  perspektivlər

6. Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılmalı səriştələr  və məktəb təcrübəsi

  1. Məktəbəhazırlıq, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrində tədris edilən fənlər üzrə ümumi təlim nəticələri: Dövlət standartlarında və məktəb təcrübəsində
  2. Tam orta təhsil səviyyəsində təhsilin təşkili: tələblər və təcrübə
  3.  Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər: Dövlət standartlarında və təcrübədə
  4. Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi məsələləri Dövlət standartlarında və təcrübədə
  5. Fənn kurikulumu və müəllimin iş təcrübəsi
  6. Ümumi təhsildə məsafədən təlimin aktual məsələləri
  7. Müəllim hazırlığının aktual məsələləri ümumi təhsilin dövlət standartları kontekstində
  8. Dərslik konsepsiyası məktəb təcrübəsində
  9. Kurikulum elmi-nəzəri və elmi-prakik pedaqoji problem kimi

    KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ