RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLMİŞDİR

Ənənəvi olaraq hər il olduğu kimi bu il də Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda  Respublika  elmi konfransı keçirdi.

20 aprel 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda keçirilən elmi-praktik konfransın plenar iclasını giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Əməkdar elm xadimi,AMEA-nın müxbir üzvü, professor Oruc Həsənli açaraq qeyd etdi ki, bu gün bizim  “Təhsil kurikulumları:  praktik tətbiqlər”  mövzusunda geniş müzakirələr aparacağımız bu konfransda qarşıya qoyduğumuz əsas məsələ ondan ibarətdir ki, hazırda ölkəmizdə kurikulum üzrə yeni təhsil islahatı əsaslı şəkildə həyata keçirilir və bizim bu islahat prosesində qarşımıza hansı çətinliklər çıxır və onu necə həll edirik?  Daha doğrusu ayrı-ayrı ümumtəhsil məktəblərimizdə yeni təhsil islahatının həyata keçirilməsi ilə bağl problemlər necə həll olunur?

Məlumdur ki, bugünkü vəzifəmiz artıq doqquz ildir ki, məktəblərimizdə tətbiq olunan kurikulum üzrə yeni təhsil islahatı zamanı əldə olunan iş təcrübələrimizi bir –birimizlə bölüşmək, yüksək nəticələri müştərək təcrübəmiz kimi tətbiq etməkdən ibarətdir.

Bilirsiniz ki, bizim institut ümümtəhsil məktəblərimiz üçün kadr hazırlamaqdan ibarıtdir.  Buna görə də institutumuzda kurikulumun tələb etdiyi proqram üzrə tələbələrimizi sabahın əsl müəllimi olmaq üçün hazırlamağa çalışırıq. Bu mənada  ümumtəhsil məktəblərinin vəzifəsi və məqsədi də  təhsil alanların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının formalaşmasına, nitq mədəniyyətinin ünsiyyət bacarığına çevrilməsi ilə yanaşı, onların idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən, onları təfəkkür və psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaqdan ibarətdir.

Plenar  iclasda institutun Kurikulum mərkəzinin metodisti Tamara Baxşəliyeva  “Uşaq şəxsiyyətinin formalaşdırılmasında kiçik qruplarla işin əhəmiyyəti”, Naxçıvan qarnizonu tam orta məktəbin ibtididai sinif müəllimi Gülxarə Tarverdiyeva “İbtidai siniflərdə Riyaziyyat fənnindən “Dördbucaqlılar” mövzusunda dərs nümunəsi”, Naxçıvan MR-in əməkdar müəllimi Naxçıvan şəhər akad. M.C. Cəfərov adına 14 №-li tam orta məktəbin müəllimi İmmi Hüseynova “Azərbaycan tarixi” fənnindən “Azərbaycan Xalq Cumhuriyyətinin sosial-iqtisadi və mədəni tədbirləri”,  Naxçıvan şəhər 5№-li uşaq bağçasının tərbiyəçi müəllimi Cəmilə Hüseynova “Məktəbəqədər müəsissələrdə kurikulumların tətbiqi yolları” , Ordubad rayonu Dəstə kənd tam orta

məktəbin müəllimi Hüseynəli Bağırov “Azərbaycan tarixi dərslərində fənlərarası inteqrasiya”, mövzularında məruzə etmişlər.

Sonra konfrans  “Ümumtəhsil məktəblərində şəxsiyyətyönümlü kurikulumların tətbiqi yolları”, “Nəticəyönümlü kurikulumların tətbiqi”,  “Kurikulumların tətbiqində dərs nümunələri”,  “Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları”,  “Kurikulumda strategiyalar”  mövzularına dair 5 bölmə üzrə işini davam etdirmişdir. Bölmələrdə Muxtar Respublikanın rayonlarından konfransda iştirak edən 70 nəfər Naxçıvan Müəllimlər İnstitutu əməkdaşlarının, təhsil şöbələri işçilərinin, müəllim və məktəb rəhbərlərinin çıxışları dinlənilmişdir.

İstər plenar, istərsədə bölmə iclaslarında canlı müzakirələr aparılmış, yeni təhsil islahatının həyata keçirilməsi ilə bağlı bir çox suallar cavablandırılmışdır.

Sonda institutun rektoru, professor Oruc Həsənli konfransa yekun vurmuşdur

                                         

                                                 Naxçıvan Müəllimlər İnstitutunun

                                                             Mətbuat Xidmət i

Author

Azərbaycan dili AZ English EN