Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulu Asip Kaya ilə görüş keçirilmişdir.

Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulu Asip Kaya ilə Naxçıvan Müəllimlər İnstitutunda tanışlıq görüşü keçirilmişdir. NMİ-yə gələn baş konsul institutun tədris korpusu və maddi-texniki bazası ilə tanış olmuşdur. Görüş əsnasında institutun rektoru Azad Novruzov institutun fəaliyyəti, institutda kadr hazırlığı aparılan bakalavr, magistr və doktorantura ixtisasları haqqında geniş məlumat vermişdir. İnstitutun xarici əlaqələri, xüsusilə Türkiyə Cümhuriyyəti ali məktəbləri ilə əlaqələrə toxunmuşdur. Türkiyənin muxtar respublikadakı Baş Konsulu əlaqələrin daha da genişləməsi üçün öz tərəfindən mümkün olan hərşeyin ediləcəyi barədə fikrini bildirmişdir. O, institutda xoşqarşılanma üçün öz təşəkkürünü bildirmişdir.