“Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcəkdir.

  ELMİ KONFRANS ELANI

 

  Naxçıvan Müəllimlər İnstitutunda

20-21 may 2022-ci il tarixlərində “Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcəkdir.

 

           

Konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə ümumi təhsildə həyata keçirilən davamlı islahatlarının elmi-nəzəri dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini təsbit etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin əsas müddəalarının elmi-praktik şərhini vermək, islahatlarının reallaşdırılması istiqamətində elmi-əməli təcrübə mübadiləsini təmin etmək, ümumi təhsildə innovasiyaların mahiyyət və istiqamətlərini aşkarlamaq üçün bu sahədə çalışan tədqiqatçıları, təhsil təşkilatçıları və praktik mütəxəssisləri, fənn müəllimlərini, məktəbəhazırlıq və ibtidai sinif müəllimlərini, ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərini, pedaqoq və psixoloqları, ümumiyyətlə ümumi təhsilimizin aktual məsələləri ilə maraqlananları bir araya gətirməkdən ibarətdir. Konfransın başlıca vəzifəsi elan olunan MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ üzrə iştirakçıların elmi unsiyyətini təşkil etməkdən ibarətdir.

 Xüsusi qeyd edirik ki, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan məruzəçilər konfransın işinə videobağlantı formatında qatıla bilərlər. Bu haqda onlara əlavə məlumat veriləcəkdir.

        Konfransda təqdim ediləcək məruzələrin tezisləri və digər materiallar toplu şəklində nəşr ediləcəkdir.

Aktual problemlərə həsr olunmuş mövzu üzrə məruzə ilə konfransın uyğun bölməsində çıxış etmək (10 dəqiqə müddətində) və materialını tezis şəklində dərc etdirmək (12 səhifə həcmində) istəyənlər 11 may 2022-cu il tarixədək materiallarını elmihisse@nmi.edu.az elektron ünvanına (NMİ Ümumtəhsil Konfransı-2022 qeydi ilə) göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209) təqdim edə bilərlər.

Materialın tərtibinə dair tələblər:

– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;

– səhifənin parametrləri – hər tərəfdən 2 sm;

– sətirlərarası interval – 1;

– müəllifə dair məlumatlar (ad və soyad (tünd, böyük hərflərlə), işlədiyi və ya təhsil aldığı müəssisənin adı, vəzifəsi, elmi dərəcə və elmi adı  (varsa), elektron ünvanı (və əlaqə telefonu) adi hərflərlə) sağ tərəfdə;

– materialın başlığı tünd, böyük hərflərlə ortada;

– mətnin yazıldığı dildə xülasə və açar sözlər, sonra əsas hissə;     

xülasə: 30-40 söz;

– açar sözlər: 3-4 söz və ya söz birləşməsi;

– materialın həcmi: 12 səhifə (XülasəAçar sözlər daxil).

 

Naxçıvan Müəllimlər İnstitutu

TƏŞKİLAT KOMİTƏSİ

                                                                     Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.

 

ÜMUMİ TƏHSİLİN DÖVLƏT STANDARTLARI VƏ MƏKTƏB TƏCRÜBƏSI”                      mövzusunda Respublika elmi-praktik konfransının

MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ

 

  1. Müstəqillik illərində ümumi təhsildə davamlı islahatlar: gözləntilər, reallıqlar və perspektivlər

2.Ümumi təhsilin məzmunu islahatlar kontektində

3.Ümumi təhsildə innovasiyalar

4.Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri Dövlət standartlarında və təcrübədə                                                                                                                                                    5. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə verilən tələblər: reallıqlar və  perspektivlər                                                                                                                            6. Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılmalı səriştələr  və məktəb təcrübəsi

  1. a) Məktəbəhazırlıq, b) ibtidai təhsil, c) ümumi orta təhsil və d) tam orta təhsil səviyyələrində tədris edilən fənlər üzrə ümumi təlim nəticələri Dövlət standartlarında və məktəb təcrübəsində                                                                                                                              8.Tam orta təhsil səviyyəsində təhsilin təşkili: tələblər və təcrübə                                                               9. Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər Dövlət standartlarında və təcrübədə

10.Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi məsələləri

  1. Fənn müəllimin qabaqcıl iş təcrübəsi islahatlar kontektində
  2. Ümumi təhsildə məsafədən təlimin aktual məsələləri
  3. Müəllim hazırlığının aktual məsələləri
  4. Dərslik konsepsiyası və məktəb təcrübəsinin reallıqları
  5. Ümumi təhsildə davamlı islahatlara elmi-nəzəri və elmi-prakik yanaşmalar
  6. Ümumi təhsilin idarə olunmasının aktual məsələləri

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Azərbaycan dili AZ English EN