Fəlsəfə doktoru hazırlığı üzrə 2022-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

                                                                                                    ELAN

                                                                    NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU

 

Fəlsəfə doktoru hazırlığı üzrə 2022-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığı üzrə 2022-ci il üçün qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” əsasında aparılır.

 

İxtisasın şifri Elm sahələri və ixtisaslar Fəlsəfə doktoru proqramı üzrə  
Doktorantura Dissertantura
Cəmi Dövlət sifarişli və ödənişli əsaslarla Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
əsaslarla*
   
o cümlədən
əyani qiyabi
 

5801.01

 

     

 

3

2  
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası(təhsilin sahələri və səviyyələri üzrə)  

3

5803.01 Müəllim hazırlığı və fəaliyyəti 1   1  
5804.01 Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi 1 1 1
5808.01 Sosial pedaqogika     1
6104.01 Pedaqoji psixologiya 1 1  
Cəmi: 6   6 4

 

* Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli əsaslarla aparılır.

Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin  portal.edu.az  saytına daxil olmalı, orada “Ali  və orta ixtisas təhsil müəssisələrini tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Son tarix – 5 may 2022-ci ildir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər. Xarici dildən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ilin iyun ayında keçirilməsi planlaşdırılır. Xarici  dil imtahanını müvəffəqiyyətlə  vermiş şəxslər üçün “Fəlsəfə” fənni üzrə imtahan 1, 2, 5 sentyabr 2022-ci il tarixlərində, ixtisas imtahanı  12,13 sentyabr 2022-ci il tarixlərində keçiriləcəkdir.

Əlavə məlumat almaq üçün Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə müraciət etmək olar.

Ünvan: Naxçıvan şəhəri,

 Heydər Əliyev prospekti, 2.

 Naxçıvan Müəllimlər İnstitutu

Elmi hissə (otaq № 208)

Əlaqə telefonları:(+994 36) 544 04 29

E-mail:  elmihisse@nmi.edu.az

Author

Azərbaycan dili AZ English EN