Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin yeni startap layihələrinin təqdimatı keçirilmişdir

Aprelin 7-də Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya Laboratoriyasının təşkilatçılığı ilə “Startap: İnnovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilmiş və tələbələrin yeni layihələrinin təqdimatı olmuşdur.

Seminarı  giriş  sözü  ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq Startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışmış, tələbələri Startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmağa çağırmışdır.

Sonra institutun İnnovasiya laboratoriyasının aparıcı mütəxəssisi Səminə Rüstəmova Startap layihələri, onların necə tərtib olunması, hansı mərhələlərdən təşkil olunması, təqdimatlarının hazırlanması istiqamətində maarifləndirici məlumat vermiş, ölkəmizdə və dünyada məhşur olan Startap layihələri haqqında danışmışdır.

Konfransda startapçı tələbələr layihələrini təqdim etmiş, Naxçıvan Müəllimlər İnstitutunun saytında Startap layihələrinin qəbulu üçün nəzərdə tutulan “İdeya bankı” haqqında məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.