Fəlsəfə doktoru hazırlığı üzrə 2023-cü il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

ELAN

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU

 

Fəlsəfə doktoru hazırlığı üzrə 2023-cü il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığı üzrə 2023-ci il üçün qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” əsasında aparılır.

İxtisasın şifri Elm sahələri və ixtisaslar Fəlsəfə doktoru proqramı üzrə    
Doktorantura Dissertantura  
Cəmi Dövlət sifarişli və ödənişli əsaslarla Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
əsaslarla*
   
o cümlədən
əyani qiyabi
 

1202.01

Analiz və funksional analiz 1   1      
 

5706.01

Azərbaycan dili 1   1      
5716.01 Azərbaycan ədəbiyyatı 1   1    
5801.01 Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə) 2 2 1  
5803.01 Müəllim hazırlığı və fəaliyyəti 1 1  
5804.01 Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi 1 1 1  
6104.01 Pedaqoji psixologiya 1   1 1  
  Cəmi: 8 8 3  

            * Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli əsaslarla aparılır.

Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  portal.edu.az  saytına daxil olmalı, orada “Ali  və orta ixtisas təhsil müəssisələrini tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal vasitəsilə müraciətlərin göndərilməsi 12 aprel 2023-cü tarixdən başlayır. 16 may 2023-cü il sənəd qəbulunun son tarixidir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən vətəndaşların sənədləri Naxçıvan Müəllimlər İnstitutu üzrə təyin edilmiş şəxs tərəfindən yoxlanılıb təsdiq edilməlidir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər Xarici dil, Fəlsəfə və İxtisas fənlərindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən Xarici dil imtahanında keçid balını toplayan şəxslər Fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə məqbul alan şəxslər İxtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalı və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən Xarici dil imtahanında keçid balını toplamalıdırlar.

Xarici  dil imtahanını müvəffəqiyyətlə  vermiş, doktoranturaya qəbul olmaq istəyən şəxslər üçün Fəlsəfə fənni üzrə imtahan 4,5,6 sentyabr 2023-cü il tarixlərində, İxtisas imtahanı 11,12,13 sentyabr 2023-cü il tarixlərində ali təhsil müəssisəsində keçiriləcəkdir. İmtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər müsabiqə əsasında seçdikləri ixtisas üzrə doktoranturaya qəbul olunurlar.

 Əlavə məlumat almaq üçün Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə müraciət etmək olar.

Ünvan: Naxçıvan şəhəri,

 Heydər Əliyev prospekti, 2.

 Naxçıvan Müəllimlər İnstitutu

Elmi hissə (otaq № 208)

Əlaqə telefonları:(+994 36) 544 04 29

E-mail:  elmihisse@nmi.edu.az