Pedaqoji təcrübənin gedişi vəziyyəti ümumtəhsil məktəblərində müzakirə olunmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçən tələbələri ilə pedaqoji təcrübənin gedişi vəziyyəti məktəblərdə müzakirə olunmuşdur. Müzakirədə fakültə dekanları, pedaqoji təcrübə rəhbəri, bir qrup metodist və məktəb direktorları iştirak etmişdir.

Müzakirədə iştirak edən institutun rektoru Azad Novruzov pedaqoji təcrubənin məktəblərdə yüksək  səviyyədə təşkilinə göstərdikləri köməkliyə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və məktəb kollektivlərinə minnətdarlığını bildirmişdir.