1 aprel Şəhid Ruhid İslamlının doğum günüdür!

Bugün Naxçıvan Müəllimlər İnstitutunda Şəhid Ruhid İslamlının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Ruhid İslamlı 2017-2020-ci illərdə institutun Təhsildə sosial-psixoloji xidmət ixtisasında təhsil almış, 2020-ci ildə məzun olmuşdur. Ruhid İslamlı Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir. Keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilmiş, institutun Tələbə Gənclər Təşkilatının ideyası əsasında Şəhid Ruhid İslamlının xatirəsinə həsr olunmuş videoçarxa baxış olmuşdur

.