“Heydər Əliyev və Azərbaycanda ali təhsil” mövzusunda Respublika elmi konfransını

ELAN

Hörmətli həmkarlar!

            Ümummilli lider Heydər Əliyevin yaratdığı ali məktəblərdən biri olan Naxçıvan Müəllimlər İnstitutu 12 may 2023-cü il tarixdə Naxçıvan şəhərində müasir Azərbaycanın qurucusu  Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ali təhsil” mövzusunda Respublika elmi konfransının keçiriləcəyini elan edir. Konfransın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə əsası qoyulmuş ali təhsil siyasətinin məqsədi, mahiyyəti, məzmunu, ali təhsil müəssisələrin tarixi inkişaf yolları, bu gününü və  perspektivlərini elmi cəhətdən hərtərəfli təhlil etmək, ölkəmizin ali təhsil təşkilatçıları və akademik heyət təmsilçilərini hibrid (əyani və videobağlantı) formatda bir araya gətirmək, onların elmi fikir və tezislərini ali təhsil tədqiqatçıları ilə bölüşməsinə və müzakirəsinə şərait yaratmaqdan  ibarətdir.

Konfransın əsas müzakirə istiqamətləri aşağıdakılardır:

  1. Heydər Əliyev və Azərbaycan təhsili
  2. Heydər Əliyev ölkəmizdə ali təhsil siyasətinin banisi kimi
  3. Müstəqillik illərində ali təhsil: uğurlar və çağırışlar
  4. Ali təhsilin məzmunu: dünya təcrübəsi və Azərbaycan
  5. Ali təhsil və elm: ənənələr və yeniliklər
  6. Ali təhsildə fənlərin tədrisi problemləri
  7. Ali təhsil müəssisələrinin digər fəaliyyət istiqamətlərinin aktual məsələləri

Konfransın işində ali məktəblərin rəhbər və professor-müəllim heyətləri, elmi-tədqiqat müəssisələrinin əməkdaşları, doktorant (dissertant) və magistrantlar, bütün ali təhsil tədqiqatçıları iştirak edə bilərlər.                                                                                                                                                        Konfrans materiallarının ayrıca toplu şəklində ənənəvi və elektron nəşrləri, iştirakçlara sertifikat təqdim edilməsi nəzərdə tutulur. Konfransın proqramı, iş qaydası və videobağlantı ünvanı əlavə elan ediləcəkdir.

Konfransin işçi dilləri – Azərbaycan, ingilis və rus.

Konfransda iştirak etmək və məqaləsini/tezisini dərc etdirmək istəyən tədqiqatçılar 21 aprel 2023-cü il tarixədək materiallarını elmihisse@nmi.edu.az elektron ünvanına Heydər Əliyev-100” Naxçıvan elmi konfransı üçün” qeydi ilə göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209)  təqdim edə bilərlər. Tədqiqatçılardan  1) iştirakçı anketinin təqdim olunması və 2) məqalə/tezisin tərtibinə dair aşağıdakı tələblərin gözlənilməsi xahiş olunur:

– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;

– səhifənin parametrləri – hər tərəfdən 2 sm;

– materialın başlığı tünd, böyük hərflərlə ortada;

– müəllifin adı və soyadı, işlədiyi (və ya təhsil aldığı) müəssisənin adı, elmi dərəcəsi və elmi adı (varsa),

  elektron ünvanı (gənc tədqiqatçılar üçün əlavə olaraq, elmi rəhbərinin adı və soyadı, elmi dərəcəsi və elmi

   adı)  sağ  tərəfdən;

 – sətirlərarası interval – 1;

 – istinadlar mətnin içində [5, 124] şəklində;

 – ədəbiyyat siyahısı materialın sonunda;

 xülasə: məqalə üçünyazıldığı dildən başqa 1 xarici dildə (50-60 söz); tezis üçün yazıldığı

   dildən başqa 1 xarici dildə (30-40 söz);

 – açar sözlər4/5 söz və ya söz birləşməsi;

 – materialların həcmi: məqalə üçün  3-7 səhifə (Xülasə, Açar sözlərƏdəbiyyat siyahısı daxil

    olmaqla), tezis üçün 2 səhifə (XülasəAçar sözlər daxil olmaqla).

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.

Naxçıvan Müəllimlər İnstitutu

e-mail:elmihisse@nmi.edu.az

əlaqə: (036) 544-04-29

                051-379-99-00