“31 mart –Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda elmi praktik konfrans keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda “31 mart – azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir. 29 mart 2018-ci il tarixdə keçirilən konfransi institutun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Oruc Həsənli giriş sözü ilə açaraq qeyd etmişdir ki, tarix zaman-zaman xalqımızı ağır sınaqlara çəkmişdir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan daim böyük dövlətlərin maraq dairəsində olmuş, hər kəs bu bölgədən bəhrələnməyə çalışmışdır.

Azərbaycanın yerüstü və yeraltı sərvətinə göz tikən Rusiya və İran 1828-ci ildə “Türkmənçay” müqaviləsi ilə onu ikiyə parçalayaraq özlərinin müstəmləkəsinə çevirdilər. Buna qane olmayan Çar Rusiyası özünün gələcək planlarını həyata keçirmək üçün İrandan 40000 erməni ailəsini gətirərək Azərbaycanın sulu və məhsuldar torpaqlarında yerləşdirdi. Ermənilərin torpaqlarımızda məskunlaşdırılması gələcəkdə xalqımıza qarşı soyqırım həyata keçirməyə zəmin yaratdı.

1918-ci ilin mart soyqırımları xalqımız üçün ən faciəli səhifələrindən biri oldu. Stepan Şaumyanın birbaşa rəhbərlik etdiyi terrorçu daşnak dəstələri təkcə Bakıda deyil, eyni zamanda Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda,  Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda və digər bölgələrdə xalqımıza qarşı qəddarcasına soyqırım həyata keçirdi.

Ötən illərin acı təcrübəsinin dadını XX əsrin sonlarında xalqımız yenidən daddı. İstər XX əsrin əvvəllərində, istərsə də sonunda rusların havadarlıq etdikləri bu qaniçənlər öz sərsəm “dənizdən-dənizə” xülyalarını həyata keçirmək üçün hər cür mənfur yola əl atdılar. Əsrin sonunda həyata keçirilən “Xocalı” soyqırımı ermənilərin iç üzünü bir daha dünyaya göstərdi. Bu gün dünya dövlətləri erməni riyakarlığının nəticəsi olan “Xocalı” soyqırımını tanımaqda davam edir.

İnstitutun  “Məktəb” Nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənəli Eyvazlı “Faciəli tarixıər unudulmur” mövzusunda geniş məruzə etdi. O, bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli  sərəncamı ilə 31 mart Azərbaycanın soyqırımı günü kimi qeyd olunur. Bu il isə bu soyqırımın baş verməsindən 100 il ötür. Ulu öndərimizin böyük uzaqgörənliklə verdiyi sərəncam 31 mart soyqırımının yaddan çıxmamasına zəmin yaratdı.

Zaman-zaman dünyanın müxtəlif ölkələrində  ayrı-ayrı xalqlara qarşı qətliamlar törədilmiş və bu gün də törədilməkdədir. Sonralar bu qətliamlara siyasi bir ad verildi – soyqırım.          Soyqırım – bir millətin müəyyən bir qisminin başqa bir millət və ya millətlərin  toplumu tərəfindən planlı və məqsədyönlü şəkildə məhv edilməsi deməkdir. Dünyada bu cür planlı soyqırımların baş verməsi tarixi mənbələrdən məlum olduğu kimi həm də XX əsrin sonu və bu günümüzdə – yəni XXI əsrin əvvəllərində də canlı şahidləri olmuşuq və oluruq. “Arxalı köpək” məsəlinə söykənən bu soyqırımlar özünü dərk edən millətlər və dövlətlər tərəfindən daim pislənmiş və lənətlənmişdir. 1918-ci ilin mart ayının son günlərində, 88-90-cı illər və 92-ci il Xocalı faciəsində mənfur düşmənlərimizin  vəhşi ruhlu xisləti özünü göstərmişdir.

Məlumdur ki, 1917-ci ildə Rusiyada baş verən oktyabr inqilabı nəticəsində Stepan Şaumyanbaşmılıq etdiyi  bolşevik Bakı Soveti  hakimiyyətini ələ keçirdi.

9 mart 1918-ci ildə H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfninə gələn  General Talışinski Bakıda  dəstəsi ilə həbs olunur. Onların həbs olunması ilə bağlı 27 mart 1918-ci il tarixdə dəfndə  qarşıdurma yaranmış və 30 Mart – 03 aprel 1918-ci il tarixlərində azərbaycanlılara qarşı Quba, Xaçmaz, Lənkəran,  Hacıqabul, Salyan, Şamsxı, Zəngəzur, Qarabağ, Naxçıvan  və digər bölgələrdə qırğınlar başladı. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın insan qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür. Məruzəçi dəfələrlə xalqımıza qarşı həyata keçirilən bu soyqırımların tarixi köklərindən, səbəblərindən ətraflı danışdı. Tarixi fakt və hadisələrə söykənərək vurğuladı ki, bu gün müstəqil Azərbaycanın apardığı siyasət artıq ermənilərin riyakarlığını dünya ictimaiyyətinə tanıdıb. Öz saxta soyqırımlarını göz yaşı ilə dünyaya bəyan edən ermənilərə daha heç kim inanmır.

Sonra institutun Təbiət və incəsənət fakultəsinin dekanı, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev  “Ermənilərin Naxçıvan iddiaları” mövzusunda çıxış edərək  faktlar əsasında ermənilərin törətdiyi vəhşiliklər, Naxçıvana qarşı torpaq iddialarının qarşısının alınması üçün görülən tədbirlərdən ətraflı bəhs olundu.

Sonra institutun metodisti Süsən Kərimli soyqırımla bağlı çıxış etdi.

İnstitutun rektoru, AMEA-nın müxbir üzvü, professor Oruc Həsənli tədbirə yekun vurdu.

                       Naxçıvan Müəllimlər İnstitutunun

                                               Mətbuat Xidməti

Author

Azərbaycan dili AZ English EN