“14 mart Beynəlxalq Riyaziyyat Günü”nə həsr olunmuş “Gənc riyaziyyatçılar” adlı viktorinanın qalibləri bəlli olub

Viktorinanın yekun mərhələsi keçirilib
Naxçıvan Müəllimlər İnstitutu Təbiət və incəsənət fakültəsinin “Ali riyaziyyat və informatika” kafedrasının baş müəllimi Ceyhun Əliyevin, institut Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komutəsi fəallarının təşkilatçılığı ilə Riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr arasında “14 mart Beynəlxalq Riyaziyyat Günü”nə həsr olunmuş “Gənc riyaziyyatçılar” adlı viktorinanın ikinci mərhələsi keçirilib.
Viktorinanın nəticələrinə əsasən “Rikatti” komandası I yerə, “Lütfizadə” komandası II yerə, “Laqranj” komandası isə III yerə layiq görülərək diplomlarla təltif ediliblər.