Tədbir: Nəsimi ili

12 mart 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “İmadəddin Nəsiminin 650 illik yubileyi”nin qeyd olunması haqqındakı 15 noyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq tədbir keçirilmişdir. Tədbirdə “Nəsimi ili” nin elan olunması, İmadəddin Nəsimi irsinin öyrənilməsinin əhəmiyyəti, şairin Şərq və Azərbaycan ədəbiyyatındakı rolu, UNESCO-nun qərarı ilə Nəsiminin anadan olmasının dünya miqyasında qeyd olunması barədə Pedaqoji fakültənin dekanı dos. A.M.Ağalarov tələbələrə məlumat verdikdən sonra “Nəsimi” filminə baxış olmuş, sonda isə tələbələrin dahi Azərbaycan şairi Nəsimi ilə bağlı mədəniyyət incilərimiz hesab olunan filmoqrafiya, musiqi əsərlərinin haqqında müzakirəsi keçirilmişdir.