Naxçıvan Müəllimlər İnstitutununda Dissertasiya Şurası fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”a uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutununda pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün iki elm sahəsi üzrə 5801.01-Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası və 5804.01-Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi üzrə ixtisaslaşmış FD2.40 Dissertasiya Şurası fəaliyyətə başlamışdır.
Müvafiq ixtisaslar üzrə arzu edən iddiaçılar Təlimat üzrə sənədlərini təqdim etməklə müraciət edə bilərlər (Bax: Dissertasiya Şuralarının yaradılması və fəaliyyətinin təşkilibarədə Təlimat. Əlavə 1.5).
Ünvan: Naxçıvan ş. H.Əliyev prospekti 1, Naxçıvan Müəllimlər İnstitutu, otaq № 324.
Əlaqə:
Tel: +994365454385
@mail: gurbanligurban@nmi.edu.az
elmikatib202@gmail.com