Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün onlayn ixtisasartırma təliminə start verilmişdir.

25 yanvar 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində pedaqoji və psixoloji işin təşkilinin müasir tələbləri” mövzusunda onlayn konfrans keçirilmişdir. Konfransda Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları və umumtəhsil məktəblərinin bir qrup ibtidai sinif müəllimi iştirak etmişdir.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və Naxçıvan Müxtar Respublika Təhsil Naziri Rəhman Məmmədov giriş sözü demişlər. ”İbtidai siniflərdə təlimin səmərələliyinin artırılmasında psixoloji biliklərdən istifadə imkanları” mövzusunda institutun ixtisasıartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev, “Pedaqoji prosesin təşkilində İKT-dən istifadə” mövzusunda institutun kabinə müdiri Səminə Rüstəmova məruzə etmişlər.
Konfransın ardınca 30 nəfər ibtidai sinif müəllimi üçün onlayn ixtisasartırma təlimlərinə start verilmişdir. Təlimlərin əsas məqsədi ibtidai sinif müəllimlərinin pedaqoji və psixoloji bacarıqlarının artırılmasından, onlara metodiki dəstəyin göstərilməsindən ibarətdir.
İxtisasıartırma kursunun təqvim-tematik planına “İbtidai sinif şagirdlərində diqqət əskikliyi və hieraktivlik”, “Məktəb yaşlı uşaqlarda görülən nitq qüsurlarının təhlili”, ”İbtidai siniflərin Riyaziyyat kursunda şagirdlərin riyazi biliklərinin formalaşmasında məsələ həllinin rolu və əhəmiyyəti”, “İbtidai siniflərdə Ana dili dərslərində lüğətlərdən istifadənin bəzi məsələləri”, “İbtidai sinflərdə Həyat bilgisinin tədrisinə spektral baxış” və s. mövzular daxil edilmişdir.
Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi aparılmaqla, təlimlərdə iştirak etmiş müəllimlərə ixtisasartırma təhsili haqqında sertfikat veriləcəkdir.