2021-ci ilin yekunları və qarşıda duran məsələlər müzakirə olunmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunun Elmi şurasının 19 yanvar 2022-ci il tarixli “2021-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş genişləndirilmiş iclasında institutun rektoru Azad Novruzov çıxış edərək bildirmişdir ki, 2021-ci ildə İnstitutda kadr potensialının inkişafı, tədris işləri, institutunun elmi-tədqiqat və innovasiya fəaliyyəti, ixtisasartırma və yenidənhazırlanma istiqaməti, tərbiyə işləri, xarici əlaqələr sahəsindəki fəaliyyəti, elmi və elektron kitabxananın gücləndirilməsi, mətbuat xidməti və təsərrüfat sahəsi daima diqqətdə saxlanılmış və müəyyən uğurlar əldə edilmişdir. Azad Novruzov qeyd etmişdir ki, hesabat dövründə institutudа 15 iхtisаs üzrə bаkаlаvr, 5 ixtisas üzrə magistr və 5 ixtisas üzrə doktorantura hazırlığı aparılmışdır.
Hesabat ilində 2021/2022-ci tədris ili üçün qəbul planı bakalavr səviyyəsində 80%, magistratura səviyyəsində isə 90% yerinə yetirilmişdir.
Haliyədə ali təhsil ocağında 1446 nəfər tələbə təhsil alır ki, bunlardan 1364 nəfəri bakalavr, 82 nəfəri isə magistratura səviyyəsində təhsil alır.
Elmi-pedaqoji kadrların hazırlanması və institutun elmi potensialının möhkəmlənməsi istiqamətində bir sıra nəticələr əldə edilmişdir. Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə kadr hazırlığının aparılması davam etdirilmişdir. 2 nəfər dissertantımız fəlsəfə doktoru dissertasiyalarını uğurla müdafiə etmiş, 4 əməkdaşımıza Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru, 1 nəfər əməkdaşımıza isə elmlər doktoru elmi dərəcə diplomu verilmişdir.
Rektorluq tərəfindən tədrisin səmərililiyinin artırılması, dərslərin keyfiyyətli təşkili üçün mütəmadi olaraq nəzarət mexanizmləri hazırlanaraq tətbiq edilmiş, gənc müəllimlərlə yeni metodikalar üzərindən maarifləndirici müzakirələr təşkil olunmuşdur.
29 aprel 2021-ci il tarixdə tədrisin yeni metodlarla zənginləşdirilməsi və tələbələrin STEAM təlim metoduna yiyələnmələri üçün institututda yeni STEAM kabinəsi yaradılmışdır. STEAM təlim metodunun öyrədilməsi və tətbiqi məqsədilə tədris planlarına seçmə fənn olaraq “STEAM təlim metodunun əsasları və Ardinio metodu ilə Robotların qurulması” və “STEAM təlim metodunun əsasları və informatika fənn krikulumu” adlı fənlər salınmış və tədrisinə başlanılmışdır.
Tələbələrin yeni ideya və layihələrinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılmışdır. İnstitutda fəaliyyət göstərən innovasiya laboratoriyasının təşkilatçılığı ilə hesabat dövründə “Startap: İnnovativ gələcəyə doğru”, “Startap layihələri innovativ gələcəyin təməlidir” mövzularında maarifləndirici seminarlar keçirilmiş və tələbələrin yeni layihələrinin təqdimatı olmuşdur.
Rektor vurğulamışdır ki, 2021-ci ildə yenidənhazırlanma və ixtisasartırma sahəsində Tədris-təqvim planına əsasən bir sıra işlər yerinə yetirilmiş, (Metodikdestek.nmi.edu.az) saytı yaradılmışdır. Ali və orta məktəb müəllimlərinin təcrübələrinin vahid platforma üzərindən yayılmasına nail olunmuşdur. Ümumilikdə 44 adda müxtəlif səpkili ixtisasartırma kursu, konfrans və seminar-təlimlər keçirilmişdir.
2021-ci ildə institut əməkdaşlarının 426 əsəri, o cümlədən 9 monoqrafiya, 1 dərslik, 7 dərs vəsaiti, 59 tədris-metodik vəsaiti və fənn proqramı, 298 elmi və elmi-metodik məqaləsi (dövri elmi jurnallarda və konfrans materiallarında), 52 tezisi çap olunmuşdur. Bunlardan xaricdə dövri elmi jurnallarda 20 elmi məqalə, konfrans materiallarında 36 məqalə və 5 tezis çap olunmuşdur. Bu məqalələrdən 16-sı beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan elmi nəşrlərdə dərc olunmuşdur
Elmi-metodiki məqalələrlə yanaşı 2021-ci ildə institut əməkdaşlarının ənənəvi və elektron mətbuatda 250-dən artıq çıxışları olmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun 2021-ci ilə aid elmi tədbirlər planına əsasən bir sıra respublika, regional və instutut səviyyəli konfrans və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuş və icra olunmuşdur. 6 adda Beynəlxalq, regional və respublika səviyyəli konfrans, 20 adda institutut səviyyəli konfrans keçirilmişdir.
Tərbiyə işləri tədris ilinin əvvəlində təsdiq olunmuş tədbirlər planına əsasən sistemli şəkildə aparılmışdır. Tələbələrin ideya-siyasi tərbiyəsi diqqətdə saxlanılmış, elmi-əməli və kütləvi-bədii tədbirlər təşkil edilmişdir. Müəllim-tələbə kollektivlərinin birgə fəaliyyətinə əlverişli şərait yaradılmışdır. Naxçıvan Müəllimlər İnstitutunun kitabxanası nəzəri material baxımından zənginləşdirilmiş və kitabxanada ideya-siyasi tərbiyənin həyata keçirilməsinə dəstək məqsədilə xüsusi bölmə hazırlanmış, elmi-əməli və kütləvi-bədii tədbirlərin həyata keçirilməsinə yardım məqsədilə kafedralar ədəbiyyat və vəsaitlərlə təmin edilmişdir. Hesabat dövründə 98 adda müxtəlif mövzularda tərbiyəvi və maarifləndirici tədbirlər keçirilmişdir.
Rektor Azad Novruzov öz çıxışında həmçinin 2021-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda xarici əlaqələr, kitabxana bazasının gücləndirilməsi, mətbuat xidməti və təsərrüfat işləri sahəsində icra edilmiş işləri nəzərə çatdırmışdır.
Sonra institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyevin, elmi katib Qurban Qurbanlının və Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyevin çıxışları dinlənilmiş və 2021-ci ildəki fəaliyyətə dair slayta baxış olmuşdur.