01 mart 2024-cü il

 

 

 

ELAN

 

Naxçıvan Müəllimlər İnstitutunda

01 mart 2024-cü il tarixdə

hibrid (əyani və videobağlantı) formatda

Naxçıvan Muxtar Respublikasının 100 illik

yubileyinə  həsr olunmuş

“Naxçıvanda təhsilin muxtariyyat dövrü:

problemlər, həllər, perspektivlər”

mövzusunda

Respublika elmi konfransının

keçirilməsi planlaşdırılır.

Elm və təhsil sahələri üzrə dövlət və ictimai təşkilatların nümayəndələri, elm və təhsil müəssisələrinin əməkdaşları, elm və təhsil təşkilatçıları, praktik mütəxəssislər, tədqiqatçılar, ali və orta ixtisas təhsili, ümumi və məktəbəqədər təhsil müəssisələrinin müəllimləri, pedaqoqlar, metodistlər və psixoloqlar, doktorant və magistrantlar, ümumiyyətlə təhsilimizin dünəni, bu günü və gələcəyi ilə maraqlananlar əməkdaşlığa dəvət olunur.

         Əlaqə üçün aşağıdakı ünvanlara müraciət etmək olar.

 

Poçt ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 2.

Naxçıvan Müəllimlər İnstitutu,

Elmi hissə, otaq 209

Elektron ünvan: elmihisse@nmi.edu.az

Əlaqə telefonu: +994 51 379 99 00, +994 36 544 04 29

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Author

Azərbaycan dili AZ English EN