Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Ən yaxşı şeir və bədii qiraət” müsabiqəsi keçirilmişdir. Müsabiqədə giriş sözü açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev dünyanın yaradılışının ilki sayılan sözə naxış vurmağı bacaran, bədii yaradıcılıqla məşğul olan tələbələrin üzə çıxarılması, onlara dəstək olunması və yaxşı şeir nümunələrinin geniş oxucu kütləsinə çatdırılmasına köməklik olunması haqqında danışaraq qeyd etdi ki, bu cür şeir müsabiqələri mütəmadi olaraq institututda keçiriləcəkdir.
Müsabiqədə 17 nəfər tələbənin müxtəlif şeiri, 5 nəfər tələbənin isə bədii qiraəti münsiflər heyəti tərəfindən dinlənilib və qiymətləndirilmişdi. Münsiflər heyətinin qərarına görə I, II, III yer tutan tələbələrə diplom və hədiyyələr rektor Elbrus İsayev və Azərbaycan Yazıçılar Birliyinin üzvləri Həsənəli Eyvazlı, Elxan Yurdoğlu, Əbülfəz Quliyev tərəfindən təqdim olunmuşdur. Bir neçə yaradıcı tələbə isə həvəsləndirici hədiyyələrlə mükafatlandırlmışdır.