Əzizova Fidan Əziz qızı

Müəllim

e-mail: Fezizova555@gmail.com

1987-ci il 13 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı şəhərinin Nizami rayonunda yerləşən 214 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini dəyişməsilə əlaqədar orta təhsilini Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 81 saylı orta məktəbdə davam etdirmiş və həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və 2009-cu ildə həmin universiteti bitirmişdir. Elə həmin il də Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantı olmuş və 2011-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2017-2018-ci tədris ilində Naxçıvan Müəllimlər İnstitutunun Əlavə Təhsil və Kurikulum mərkəzində metodist vəzifəsində çalışmışdır. 2018-2019-cu tədris ilindən Naxçıvan Müəllimlər İnstitutunun Ali riyaziyyat və informatika kafedrasında 0.5 ştat müəllim vəzifəsində çalışır. Eyni zamanda Təbiət və İncəsənət fakültəsinin Elmi Şurasının elmi katibi və Fakültə Həmkarlar İttifaqının sədridir. 2019-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun doktorantıdır.

Ailəlidir, bir övladı var.

Dərc olunan elmi əsərləri:

  1. Nanotexnologiyaların inkişaf perspektivləri. AZMİU, Tələbələrin və magistrantların elmi konfransı, Bakı,2009
  2. Şəxsiyyətyönümlü kurikulumlar. NMİ,“Təhsil kurikulumları:praktik tətbiqlər” Respublika konfransının materialları, Naxçıvan,2018
  3. Ümumtəhsil məktəblərində interaktiv təlimə maraq və onun mənbələri. NMİ, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” Respublika konfransının materialları, Naxçıvan, 2019
  4. Naxçıvanda təhsil quruculuğu dövlət siyasətinin prioritet istiqaməti kimi. NMİ, “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” respublika elmi konfransı, Naxçıvan, 2019
  5. Prof İ.N.İsmayılov, Pedaqoji universitetlərdə Fizika müəllimi hazırlığında “Ümumi fizika” və “Fizikanın tədrisi metodikası” fənlərinin qarşılıqlı inteqrasiyasında təlimin təşkili məsələləri, fizika, riyaziyyat və informatika tədrisi, Bakı, 2021(1-229)
  6. TEAM müəlliminin fasilitasiya bacarığı, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər respublika elmi-praktik konfransı”nın materialları. NMİ, 21may 2021-ci il. Naxçıvan, “Məktəb nəşriyyatı”
  7. “Ümumtəhsil məktəblərində Fizikanın tədrisinin informatlaşdırılması zamanı pedaqoji proqram vasitələrindən istifadə və onların səciyyəvi xüsusiyyətləri”, NDU, “Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” respublika elmi konfransının materialları, Naxçıvan,2021