Əsədova Gülər Məmmədhüseyn qızı

1992-ci il 28 iyun tarixində Ordubad rayon Tivi kəndində anadan olmuşdur. 1998-ci ildə Canpolad Əsgərov adına 13№-li orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2005-ci ildə Heydər Əliyev adına tam orta məktəbdə təhsilini davam etdirmişdir və 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin il Naxçıvan Dövlət Universitetinin Fizika Riyaziyyat fakültəsinin Riyaziyyat İnformatika ixtisasına qəbul olmuş və 2013-cü ildə fərqlənmə ilə bitirmişdir. 2013-cü ildə Magistratura fakültəsinin İnformatika ixtisasına qəbul olmuş və 2015-ci ildə həmin fakültəni də fərqlənmə ilə bitirmişdir. Həmin ildən İnternet və yeni Texnologiyaların Tədrisi Mərkəzində saat hesabı müəllim kimi işləmişdir. 2017-ci ildən isə Naxçıvan Müəllimlər İnstitutunda metodist vəzifəsində işləyir.

Azərbaycan dili AZ English EN