Əlizadə Günay Qabil qızı

20.08.1993-cü ildə Naxçıvan M.R., Babək rayon Xətai kəndində anadan olmuşdur. 2011-ci ildə Eynəli Sultanov adına 7 № li tam orta məktəbi bitirib, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Tarix müəllimliyi” ixtisasına qəbul olub. 2015-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2019-2021-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun magistratura səviyyəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil almışdır.

2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2016-2017-ci illərdə Naxçıvan Dövlət Tarix Muzeyində bələdçi vəzifəsində işləmişdir.

2017-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunda işləmişdir.

2021-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının baş laborantı vəzifəsində işləyir.

Azərbaycan dili AZ English EN